image-2000x150
image-aaaaabackend

ABŞ-dan Şimali Koreyaya XƏBƏRDARLIQ: Rəqəmlər artır

image-728x90

“Ölkəmiz müttəfiqlərini müdafiə etmək əzminə sahibdir. Biz təxribat xarakterli hərəkətlər sərgiləyən Şimali Koreya ilə dialoqa hazırıq”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

“Biz Şimali Koreyaya bütün dünyadakı tərəfdaşlarımızla bildirməyə çalışırıq ki, onun ödəyəcəyi qiymət, yanaşmasını dəyişənə qədər artmağa davam edəcək. Biz onların dialoq və diplomatiyaya yanaşmasını dəyişməsini istəyirik”, – o deyib.

Dialoq və diplomatiya yolu ilə Koreya yarımadasının nüvəsizləşdirilməsi hədəfinə doğru mərhələli, real və praktiki irəliləyiş əldə edilə biləcəyini vurğulayan Prays bildirib ki, ABŞ-ın Şimali Koreyanın son ballistik raket sınaqlarını qəti şəkildə pisləyir.

Departament sözçüsü əlavə edib ki, Şimali Koreyanın son raket sınaqları Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozub və Pxenyanın qonşuları və beynəlxalq ictimaiyyət üçün təhlükə yaradır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90