Yaxın vaxtlarda Ukrayna Rusiya ilə danışıqlara hazır olduğunu bəyan etməyi planlaşdırır. Kiyev Moskva ilə müvəqqəti barışıq deyil, “davamlı sülh” təmin etmək şərti ilə saziş bağlamağa razı ola bilər.
Ulusal.az xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Ukrayna təxminən üç il davam edən döyüşlərdən tükənib.
Qeyd edək ki, dekabrın 4-də Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Donald Trampın administrasiyasının nümayəndələri ilə görüşlər keçirmək üçün ABŞ-a gedib.
Məlumata görə, o, amerikalılarla “münasibətləri yaxşılaşdırmaq” və Vaşinqtondan əlavə dəstək almaq üçün səfər edib.
Aydın olur ki, Ukrayna liderinin ofisinin rəhbəri Kiyevi “sülhə nail olmaq üçün konstruktiv tərəfdaş” kimi təqdim etməyə çalışıb.
Trampın komandası Ukraynanın NATO-ya üzvlüyünə qarşı
Noyabrın sonunda Zelenski ölkənin Şimali Atlantika Alyansına üzv olması müqabilində atəşkəsə qazılaşıb. O qeyd edib ki, Rusiya ilə münaqişənin qaynar mərhələsinə son qoymaq üçün Kiyevin “nəzarətində olan Ukrayna ərazisini” NATO çətiri altına almaq lazımdır.
Bildirilir ki, Trampın komandası ilə görüşdə Yermak Ukraynanın alyansa qoşulması mövzusunu qaldırsa da, onnlar buna o qədər də maraq göstərməyiblər.
Trampın Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq yalnız Amerikanın hazırkı lideri Co Bayden administrasiyasının Ukraynaya tez bir zamanda silah çatdırmaq səylərini dəstəkləyib və bunun münaqişənin həlli üzrə danışıqlar zamanı Rusiya üzərində təsir rıçaqlarından biri olacağını bildirib.
Trampın komandasından sülh planı təklifi
Trampın müşavirləri bu yaxınlarda ona Ukraynadakı münaqişənin həlli üçün üç variant təqdim ediblər. “Reuters”in sözlərinə görə, hazırda Kit Kelloq, Ceyms Devid Vens və keçmiş milli kəşfiyyat rəhbəri Riçard Qreneldən üç təklif var. Onların hamısı Ukraynadan ərazi güzəştləri və NATO-ya üzvlükdən imtina etməyi təklif edir.
Analitiklər və keçmiş kəşfiyyat rəsmiləri qeyd edirlər ki, Trampın təklifləri Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasını onun “qələbə planının” əsas məqamı adlandıran Zelenskinin müqaviməti ilə üzləşəcək. Gözlənilir ki, Avropa ölkələrinin rəhbərliyi və ABŞ Konqresinin üzvləri Ağ Ev rəhbərinə təzyiq göstərəcəklər.publika.az