image-2000x150
image-saksbackend

ABŞ-dan mesaj: Ukraynanı Meksika ilə müqayisə edin, onda Rusiyanı anlayarsınız

image-728x90

ABŞ Rusiyanı başa düşmək üçün Ukraynanı Meksika ilə müqayisə etməyi təklif edir.

Ulusal.az xəbər verir ki, amerikalı iqtisadçı Ceffri Saks Kanada Xarici Siyasət İnstitutuna müsahibəsində Rusiyanı anlamaq üçün Ukraynanı Meksika ilə müqayisə etmək lazım olduğunu bildirib.

O, Meksika və Çinin hərbi ittifaq yaratmasını, bundan sonra ABŞ və Kandanın bu ittifaqa hansı reaksiyanı gəstərəcəyini təsəvvür etməyi təıklif edib.

Ekspert hesab edir ki, Ukraynadakı münaqişənin əsas səbəbi NATO-nun cəzasız olaraq xarici sərhədlərə yaxınlaşa biləcəyinə inamıdır. Eyni zamanda Saks xatırladıb ki, ABŞ Alyansı genişləndirməyəcəyinə söz versə də, vədinə əməl etməyib. aha sonra iqtisadçının sözlərinə görə, onlar artıq Ukraynanı təşkilata qəbul etmək imkanını nəzərdən keçiriblər. O, bu məlumatların arxiv sənədlərində olduğunu iddia edir.

Saks Ukrayna münaqişəsinin həllini də təklif edib. Onun fikrincə, danışıqlara ehtiyac var. Onlar NATO-nun genişlənməkdən imtina etməsini qeyd etməlidirlər. Əks halda, qarşıdurma qaçılmaz olaraq nüvə münaqişəsinə çevriləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90