Vaşinqton İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian üçün məhdudiyyətlər tətbiq edib. Bu məhdudiyyətlər Nyu-Yorkda olarkən ona şamil olunacaq.
Ulusal.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
“ABŞ İranın xarici işlər nazirinin nümayəndə heyətinə əlavə səyahət məhdudiyyətləri qoyub”, – Vedant Patel qeyd edib.
Patel hansı məhdudiyyətlərdən danışdığına aydınlıq gətirib. Onun sözlərinə görə, Abdullahian və onun nümayəndə heyəti üç nöqtədən iki blokdan irəli gedə bilməyəcək:
BMT-nin qərargahı;
İslam Respublikasının təşkilat yanında daimi nümayəndəliyi;
Daimi nümayəndənin yaşayış yeri.
Bundan əvvəl oxşar məhdudiyyətlər İranın əvvəlki naziri Məhəmməd Cavad Zərif üçün də tətbiq edilmişdi. 2019-cu ildə bu diplomat Amerikanın sanksiyalar siyahısına daxil edilib.
İran Xarici İşlər Nazirliyinin rəhbəri bir gün əvvəl Nyu-Yorka gedib. Onun səfər proqramının əsas məqamı Abdullahianın çıxış edəcəyi Təhlükəsizlik Şurasının Fələstin üzrə iclasında iştirak etməkdir. Bundan əlavə, onun BMT-nin baş katibi və İƏT ölkələrinin səfirləri ilə danışıqları planlaşdırılır. Nazir həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.