“Laçın Sərhəd Keçid Məntəqəsindəki təxribatdan bəzi maraqlı qüvvələrin xəbəri olub”- Ulusal.az- a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, ABŞ Dövlət Departamenti təxribat baş verməmişdən bir neçə gün əvvəl vətəndaşlarını xəbər etmişdi ki, Azərbaycan-Ermənistan sərhədindən uzaq dayansınlar.
“Vaşinqton Ermənistan ordusunun təxribatı haqqında əvvəlcədən məlumatlı olub. ABŞ İkinci Qarabağ müharibəsinin başlanmasından bir neçə gün əvvəl də vətəndaşlarına oxşar xəbərdaqlıq etmişdi. ABŞ kəşfiyyatı dünyanın hər yerində olduğu kimi Cənubi Qafqazda da fəaldır, təsadüfi deyil ki, ABŞ-ın keçmiş SSRİ məkanında ən böyük səfirliyi Ermənistandadır.”- deyə Arzuman Muradlı bildirib.






















