image-rt-reklam
image-nesibdeputatbackend

“ABŞ Azərbaycanın maraqları ilə hesablaşır” -Millət vəkili

image-728x90

“Ermənistan sürətlə Suriyalaşmağa doğru gedir”

“Hal-hazırki vəziyyətdə, dövlət katibi Blinkenin Prezident İlham Əliyevə zəng etməsi müsbət haldır. Ən azından, görüş öncəsi tərəflərin münasibətlərinə aydınlıq gətirilməsi baxımından”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili açıqlamasında Qərbin regiondakı siyasəti ilə bağlı maraqlı fikirlər səsləndirib:

“ABŞ, Fransadan fərqli olaraq Azərbaycanla kəskin konfrantasiya siyasəti aparmır. Üzdə də olsa, Brüssel görüşünün Ermənistanı silahlandırmaq məqsədi daşımadığını, yalnız iqtisadi dəstək veriləcəyini bildirir. Belə demək mümkünsə, Azərbaycanın maraqları ilə hesablaşır. Görüşə çox az vaxt qalıb və qəbul olunacaq qərarlar, nə qədər səmimi olduqlarını göstərəcək.

Hesab edirəm ki, Qərbin indiki halda apardığı siyasət, Ermənistanı Rusiyadan tamamilə qoparmaq, Paşinyanı mümkün təzyiqlərdən qorumaq məqsədi daşıyır. Qlobal mənada isə, ,,erməni məsələsinin,, beynəlxalq gündəlikdən tamamilə çıxarılmasına imkan verməməkdir. Tarixən, Cənubi Qafqaz regionu uğrunda mübarizə aparan geosiyasi güclər “erməni” kartından istifadə etmişlər. Ona görə də, bir daha qeyd etmək istəyirəm ki, bölgədə dayanıqlı sülhün əldə olunması, həmin güclərin planları ilə uzlaşmır.

Cənab Prezident, dövlət katibinə açıq şəkildə planlaşdırılan görüşün narahatlıq doğurdunu, sülhün əldə olunmasında əngəllik yaradacağını, əksinə bölgədə gərginliyi artıracağını, Azərbaycanın Ermənistana hücum etmək planının olmadığını bildirdi. Fransanın qərəzli davranışlarının Ermənistanı yeni müharibəyə sürüklədiyini xatırlatdı.

Normalda Brüssel görüşü, müharibədən sonra Azərbaycanın iştirakı ilə keçirilməli idi. 30 illik erməni işğalı nəticəsində dağıdılmış şəhərlərin bərpası üçün maliyyə dəstəyi verilməliydi. Beynəlxalq praktikada, donor dövlətlərin, maliyyə institutlarının iştirak etdiyi çoxsaylı faktlar mövcuddur. Əfsuslar olsun ki, nə işğalın, nə də onun fəsadlarının aradan qaldırılmasında beynəlxalq birliyin səylərini görmədik. Azərbaycan təkbaşına öz problemlərini özü həll etməkdədir. Köməkləri özlərinə qalsın, təki mane olmasınlar.

Bir məsələni də qeyd edim. Bu görüş son deyil, gələcəkdə də belə görüşlərin keçiriləcəyi şübhəsizdir. Ancaq bir məsələ aydındır ki, Ermənistan çox təhlükəli oyun oynayır. Sürətlə, Suriyalaşmağa doğru gedir. Suriyadakı vəziyyətə baxsaq, orada bir-birinə düşmən olan ABŞ, Rusiya, İran və Aİ-na daxil olan bəzi dövlətlərin silahlı qüvvələri hökmranlıq edir. Hələ çoxsaylı terror qruplarını demirəm. Dəməşq hakimiyyəti praktiki olaraq ölkəni idarə etmir. Elə bir vəziyyət yarana bilər ki, proseslər idarə olunmaz hal alar. Bu isə, təkcə Ermənistan üçün yox, bütövlükdə regionun təhlükəsizliyi üçün böyük təhdidlər yaradır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90