Abşeron İcra Hakimiyyəti Şəfəq qəsəbəsində parkın əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderini yekunlaşdırıb.
Ulusal.az tribunainfo.az-a istinadla xəbər verir ki, İcra Hakimiyyəti bu dəfə fə tenderi “özgə şirkət”ə verməyib.
Belə ki, 329.699,08 manat dəyərində olan işlərlər bağlı “PROQRESS İNŞAAT EN” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qeyd edək ki, “PROQRESS İNŞAAT EN” MMC Abşerona yad şirkət deyil.
Abşeronun icra başçısı təkcə keçən ilin oktyabr-noyabr aylarında bu şirkətə 6 tender verib. Sarayda iki küçənin təmirinə 33.775,55 manat, Hökməli qəsəbəsndə iki küçənin cari təmirinə 148.564,36 manat, Aşağı Güzdək qəsəbəsidə bir yolun təmirinə 23.589,49 manat, Ceyranbatandakı Atatürk parkın əsaslı təmirinə 339.359,15 manat, 8 Noyabr Tədbirinin satın alınmasına 212.057,8 manat, Ceyranbatanda daha bir küçənin cari təmirinə isə 195.564 manat xərcləməsi bunlardan bir qismidir.
Nəzərinzə çatdıraq ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir.
Nizamnamə kapitalı 1000.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.
Bəs, Abşeronun icra başçısı Abidin Fərzəliyevin “Proqress İnşaat En” MMC-yə olan sevgisi haradan yaranıb və nədən qaynaqlanır?
Məlum olub ki, sözüegedən şirkətin qanuni təmsilçilərindən biri olan Eldar Şirinov heç də sıradan bir adam deyilmiş. Əksinə, onun Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi olduğu göstərilir. Elə bu halın özü kifayət edir ki, Fərəzliyev həm özü, həm də yeznə qazansın prinsipi ilə hərəkə edərək, yerlisinin yeznəsinə rayonda geniş imkanlar yaratsın.
Rafael Mehrəliyev isə odioz fiqrulardan biri sayılır. Adı müxtəlif tenderlərdə, qalmaqallı məsələlərdə, habelə korrupsiya hallarında çəkilib. Lakin onun barəsində indiyə qədər hər hansı qanuni tədbirin görülməsinə dair məlumat yoxdur.