image-2000x150
image-11backend

Abdin Fərzəliyevin “torpaq bazarı”nı kim idarə edir? İcra başçısının adamları “tas” qoyub

image-728x90

Abşeron rayonu böyük ərazilərə malikdir. Amma rayonun problemləri özündən də böyükdür. Sadəcə, Abşeron əhlinin heç zaman rəhbər sarıdan bəxti gətirməyib. İstər Zakir Fərəcov, istər İradə Gülməmmədova, istərsə də indiki icra başçısı Abdin Fərzəliyev Abşeronda yanan barmağa su tökməyiblər. Rayona təyin olunan hər bir məmur gəlib talan edib, büdcəsini mənimsəyib, qanunsuz tikintilərə rəvac verib, ev tikintisi üçün vətəndaşlardan rüşvət alıb, sosial problemlər isə dizə qədər yığılıb. Ona görə Abşeronun istər Xırdalan şəhəri, istər Mehdiabad, Masazır, Digah qəsəbələri səliqə-sahmandan uzaqdır. Bu ərazilərdə tör-töküntü, natəmizlik, qanunsuz tikintilər, bazar ab-havası hökm sürür.

Abşerona icra başçısı təyin edilən Abdin Fərzəliyev gözlənildiyi kimi etimadı doğrultmadı – nə əhalinin, nə dövlətin. Fərzəliyev Nərimanov rayonunda necə idisə, Abşeronda da eyni üslubda fəaliyyətini davam etdirir. Fərq budur ki, Nərimanov mərkəz idi, hər yeri satmaq olmurdu, amma satanda da çox baha qiymətə tikintiyə sərəncam verilirdi. Abşeronda isə gözdən iraq yerdi deyə Masazır, Xırdalan və digər ərazilərdə istədiyi yeri sata bilir. İcra başçısı İradə xanımdan sonra bir nizam – intizam yaratmaq, Abşeron İH-də korrupsiya həbslərinin ardınca düzgün sistem qurmaq əvəzinə yenə neqativ hallara şərait yaradır. Gələn xəbərlərə görə, ev tikmək, obyekt inşa etmək çətin deyil, pulunu ver, sərəncamı al, lap istəsən yol kənarını zəbt elə, yaxud yaşıllığı kəs tik, təki Fərzəliyevin istədiyini ödə. Həmçinin, rayonda problemlər aşıb – daşır.

Maraqlıdır ki, təkcə Xırdalandakı xaos Abdin Fərzəliyevin əməllərini sübuta yetirir. Yol kənarlarının cəmi bir il ərzində zəbt edilməsi, tikintilərə necə gəldi sərəncam verilməsi bu xaosun göstəricisidir. Xırdalanda tikinti aparmaq üçün yeni qiymət də müəyyənləşib. Sabiq başçı İradə Gülməmmədovanın dövründə birmərtəbəli evin tikintisi 3-5 min manat arası idisə, indi  tikinti üçün 7-10 min manat tələb olunur.  Tikintiyə nəzarəti icra hakimiyyətinin Elçin adlı əməkdaşı nəzarət edir. Bunu əməkdaşımıza Xırdalanda yaşayan fərdi torpaq sahəsində tikinti aparmaq istəyən Eşqin Məmmədov bildirib.

Eşqin Məmmədov qeyd edib ki, Elçinə bu işdə Toğrul adlı başqa bir “kassir”də kömək edir.

“2020-ci ildə tikintiyə başladım. Lakin maliyyə baxımıdan gücüm çatmadığı üçün tikintini saxladım. 2023-cü ildə tikintiyə davam etmək istəsəm də imkan vermədilər. Məndən tikinti üçün 10 min manat tələb edirlər. Abşeronda daşı-daş üstünə qoymaq üçün fantastik qiymətlər müəyyənləşdiriblər. Ödəsən tikəcəksən, ödəməsən isə bu sadəcə mümkün deyil. İcra başçısının “kassir”ləri və onlara işləyən adamlar hər gün gəzirlər, tikinti haqqında məlumatları foto və videoçəkilişlə yuxarıya danos edirlər. Bir anda tökülüb gəlib tikintini dayandırırlar. Mənim qanuni sərəncamım olsa da, tikintiyə icazə vermirlər.”-deyə Eşqin Məmmədov bildirib.

Şikayətçi Eşqin Məmmədovun ittihamlarına cavab olaraq icra hakimiyyətinin  342-11-02 nömrəsi ilə əlaqə saxlamaq cəhdlərimiz nəticə vermədi…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90