image-rt-reklam
image-1backend

“Abadlaşan Laçının timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük”

image-728x90

Suverenliyimizin tam bərqərar edilməsindən sonra keçirilən şəhər günlərinin xüsusi tarixi əhəmiyyəti var. 30 ilə yaxın müddətdə Laçın şəhəri də digər yaşayış məntəqələrimiz kimi erməni vandalizminə məruz qalmışdı. Ermənistan işğal dövründə məqsədli şəkildə Laçın şəhərində də qanunsuz məskunlaşma aparıblar, Suriya və Livandan erməni əsilli insanları gətirib bu ərazilərdə qanunsuz yerləşdirərək hərbi cinayəti davam etdirirdilər. Ermənistanın sərhəd tanımayan təxribatları 2-ci Qarabağ savaşından sonra da davam edirdi. Təkcə Laçın rayonu ərazisinə 2021-ci ildə, yəni müharibədən sonra 1400-dən çox yeni mina döşəmişdilər. Təbii ki, bu, bizə qarşı açıq terror hərəkəti idi. 2023-cü il Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı bu təxribatlara da son qoydu.
Antiterror əməliyyatlarından əvvəl isə – 2023-cü il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyuldu. Bu, Azərbaycanın öz gücünə əminliyinin ifadəsi idi. Bütün beynəlxlalq təzyiqlərə rəğmən heç kim rəsmi Bakını öz yolundan döndərə bilmədi. Beləliklə, 23 apreldə sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası demək idi. Azərbaycan bunu beynəlxalq hüquq normaları çərçivəsində etdi.
Avqustun 26-dan – Laçın şəhərinin azad olunmasından dərhal sonra isə Prezident İlham Əliyevin tapşırığı ilə bu ərazilərə bir neçə qrup göndərildi, bütün yaşayış fondunun təhlili, uçotu aparıldı, dəymiş ziyan hesablandı. Qısa zamanda Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən quruldu.
2023-cü il, mayın 28-də – Müstəqillik Günündə dövlət başçımız birinci qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdi. Beləliklə, Laçının dirçəliş dövrü başladı. Bu günə qədər 522 ailə – 2031 nəfər Laçın sakini doğma yurduna qayıdıb. Laçın şəhəri cəmi 8 ay ərzində yenidən qururldu. Prezident İlham Əliyevin də söylədiyi kimi, abadlaşan Laçının timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük.

Könül Nurullayeva

VII çağırış Milli Məclisə deputatlığa namizəd

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90