image-rt-reklam
image-1backend

80 yaşlı milyarder azyaşlılara təcavüz edib? – ŞOK İTTİHAM

image-728x90

80 yaşlı milyarder Robert Miller Kanadada həbs edilib.

Onlarla insan onu yetkinlik yaşına çatmayanda baş verən zorlamalarda ittiham edib.

Böyük elektron komponentlər istehsalçısı olan “Future Electronics”in qurucusu və keçmiş sahibi olan Millerə qarşı istintaq 2023-cü ilin fevralında başlayıb. Sonra CBC və “Radio-Canada” nəşrində yazı dərc edilib. Orada qadınlar 1994-2016-cı illər arasında milyarderin onların cinsi xidmətlərini satın aldıqlarını söyləyiblər. İndi artıq on iddiaçı var və onlardan səkkizi Millerlə təmasda olanda yetkinlik yaşına çatmayan, biri isə 14 yaşından kiçik olub.

Qadınlar iddia edirlər ki, milyarder onlara seks üçün minlərlə dollar ödəyib və susmaq üçün onlara bahalı brend paltarlar alıb. Eyni zamanda, o, rəfiqələrini yanına gətirən qurbanları “səxavətlə həvəsləndirib”.

Hazırda 50 zərərçəkmişin daha bir kollektiv iddiası hazırlanır. Bəziləri Millerin onlarla cinsi əlaqədə olduğu zaman 11-12 yaşlarında olduqlarını iddia edirlər. (Publika.az)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90