image-rt-reklam
image-1backend

“8 Noyabr, ədalətin və sülhün təntənəsinin rəmzidir”- Politoloq

image-728x90

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda keçiriləcək hərbi parad öncəsi hazırlıqlar artıq yekunlaşmaq üzrədir. Hazırlıq tədbirləri çərçivəsində Azadlıq meydanı və ətraf ərazilərdə Azərbaycan Ordusunun parad məşqləri, eləcə də Hərbi Hava Qüvvələrinin təlim uçuşları həyata keçirilib. Bakı səmasında bir neçə “Su-25” qırıcı təyyarəsi müşahidə olunub.

Gözlənilir ki, tarixi paradda iki dost və qardaş ölkənin liderləri – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şərif iştirak edəcəklər.

Pakistan Senatının sədri Seyid Yusif Rza Gilani də ölkəsinin paradda ən yüksək səviyyədə təmsil olunacağını təsdiqləyib:

“Azərbaycanla münasibətlərimizin bənzəri yoxdur, bu səbəbdən Zəfər paradında iştirak bizim üçün xüsusi əhəmiyyət daşıyır.”

Politoloq Arzuman Muradlı isə açıqlamasında bildirib ki, Zəfər Günü paradı yalnız Azərbaycan xalqının tarixi qələbəsinin qeyd olunması deyil, eyni zamanda ədalətin və sülhün təntənəsinin rəmzidir:

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

“Bu parad bütün ədalətsizliyə məruz qalan xalqlar üçün gücün yaratdığı ədalətin nümayişidir. Azərbaycanla qardaş Türkiyə və Pakistan arasında mövcud olan siyasi, diplomatik və hərbi əməkdaşlıq üçbucağı bu tədbirdə də özünü göstərəcək. Bu birlik Zəfərin qazanılmasında mühüm rol oynayıb və paradda bu qardaşlığın gücü bir daha nümayiş etdiriləcək.”- deyə Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki,  8 Noyabrda baş tutacaq parad möhtəşəm və tarixi hadisə kimi yadda qalacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90