image-rt-reklam
image-1backend

73 yaşlı israilli Netanyahuya sui-qəsd hazırlayıb? – İddia

image-728x90

İsrailin xüsusi xidmət orqanları Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və ŞABAK təhlükəsizlik xidmətinin rəhbəri Ronen Bara qarşı sui-qəsd planının qarşısını aldığını iddia edib. Sui-qəsdin İran tərəfindən sifariş edildiyi bildirilir.

Ulusal.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti ŞABAK təşkilatına istinadla yazıb.

İsrail mediasının xəbərlərində deyilir ki, bu qəsddə əsas rolu 73 yaşlı israilli biznesmen Moti Makman oynamalıymış. O həbs edilib və ona qarşı rəsmi ittiham irəli sürülüb. O bu ilin may və avqust aylarında iki dəfə gizli şəkildə İranda olub. İddia edilir ki, ikinci səfəri zamanı İran rəsmiləri ona İsrailin liderlərinə qarşı sui-qəsd hazırlamağı təklif ediblər.

Bu da qeyd olunur ki, biznesmen İran tərəfindən beh olaraq bir milyon dollar istəyib, lakin onun bu istəyi rədd olunub. Bunun əvəzində ona sui-qəsdə hazırlaşmaq üçün 5 min avro verilib. Bundan başqa Makmana kəşfiyyat materialları toplamaq, İsrail obyektlərinin fotolarını çəkmək tapşırılıb.

Bundan başqa iddiaya görə, Makman Avropada yaşayan İran müxalifəti nümayəndələrinin qətli üçün Rusiya və ABŞ vətəndaşlarını ələ almalı idi.

Qeyd edək ki, Qəzzada dəhşətli qətliamlar törədən, soyqrım həyata keçirən İsrail rəhbərliyinin beynəlxalq ictimaiyyətin etiazlarını başqa istiqamətə yönəltmək üçün bu iddianı ortaya atdığı istisna edilmir.

Tehran İsrail liderlərinə sui-qəsd cəhdi ilə bağlı iddialara reaksiya verməyib.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90