image-rt-reklam
image-1backend

7 yaşlı uşaq Yeni Klinika komandası tərəfindən xilas edildi -FOTO

image-728x90
TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada idiopatik trombositopenik purpura (İTP), baş beyin ödəmi, kəllədaxili qanaxma və sol tərəfli venoz tromboz diaqnozu ilə icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində müalicə alan 7 yaşlı xəstə evə yazılıb.
Ulusal.az xəbər verir ki,  gecə saatlarında tibb müəssiəsinin Uşaq təcili yardım şöbəsinə ağır trombositopeniya, qusma, baş ağrısı və huşu alaqaranlıq vəziyyətdə daxil olan 7 yaşlı Əli Cəfərli dərhal kompüter tomoqrafiyası (KT) və maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi edilib.
Baş beyin KT və MRT müayinəsində beyində ödəm, sol siqmoid sinusda kəskin tromboz və superior sagittal sinus xronik tromboz diaqnozu ilə Uşaq reanimasiya şöbəsində müasir protokollarla müalicə alan pasiyent nisbi yaxşılaşma ilə Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinə transfer olunaraq hematoloq, pediatr nəzarətində müalicəsini davam etdirib.
Təxminən 20 gün tibb müəssisəsinin Uşaq reanimasiya, Uşaq sağlamlığı və xəstəlikləri şöbələrində müalicə alan Əli Cəfərli hematoloq nəzarətində antikoaqulyant müalicə ilə stabil vəziyyətdə evə yazılıb.
Məlumat üçün bildirək ki, trombositopeniya və eyni zamanda tromboz kritik bir vəziyyət olub çox yaxın təqib, multidisplinar müalicə tələb edən xəstəlikdir. Ətraflı müayinələr zamanı pasiyentdə aşkarlanan trombozun əsas səbəbinin genetik olduğu aşkarlanıb.
Trombositopeniyanın ən təhlükəli ağırlaşması olan beyin qansızması daima nəzarətdə saxlanılmalı həmçinin klinik simptomlarına görə anında radioloji müayinə icra olunmalıdır.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90