image-rt-reklam
image-1backend

“50 manatlıq tema” – Satdığı narkotiki saçında gəzdirən Elnarə ilə YAZIŞMALAR

image-728x90

Əldə etdiyi narkotik vasitəni saçında gəzdirən qadının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. O, daha əvvəl də narkotik ittihamı ilə məsuliyyətə cəlb edilibmiş. Onun əri də həbsdədir.

Ulusal.az  xəbər verir ki, 40 yaşlı Elnarə Heydərova Bakıda külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham edilərək həbs edilib.

Saxlanılan zaman onun üzərindən külli miqdar hesab edilən 3.8 qram heroin aşkar edilib. E.Heydərova narkotik vasitəni saçında gizlədibmiş və baxış zamanı aşkar edilib.

E.Heydərova ifadəsində deyib ki, narkotik vasitə istifadəçisi olsa da, narkotik satışı ilə məşğul olmur. Onun sözlərinə görə, əri bir müddət əvvəl narkotik satışına görə həbs edilib.

“Mən satış üçün almamışdım. Narkotiki istifadə üçün Şövqüdən alırdım. Həmin vaxt əlimdə pul var idi. Dedim ki, bir dəfəlik alım. Narkotikdən istifadə etdiyim üçün çox peşmanam, amma bacarmıram. Narkotiki satmaq üçün almadığımı nəzərə almağınızı xahiş edirəm. Himayəmdə iki uşaq var”- deyə Elnarə ifadəsində qeyd edib.

Elnarə narkotik vasitə satışı ilə məşğul olmadığını desə də istintaq zamanı onun ayrı-ayrı şəxslərlə telefon danışıqları və mesajları üzə çıxıb. Həmin yazışmalarda ayrı-ayrı şəxslər müxtəlif məbləğlər qarşılığında Elnarədən narkotik vasitə istəyirlər. Həmin məzmunlu mesajların bəziləri belədir:

– Eli, 7 manatım var. 10 manatlıq ver, səhər 3 manat ataram.
– Mənə qram “patı” lazımdır. 0,5 kola və lirika. Borca ver, qaytararam.
– Eli, daş istəyirəm.
– Eliş, mənəm Cəfər. Ətağa, bunlar dirənib ki, “patı” deyil bu.
– Səndə “liri” var?
– Sən canı, “dobriy” qoy.
– Qurban sənə, qonağım var. “Narmalni” eliyərsən, qadası.
– Elnarə, mənəm Daşqın. Gəlmək istəyirəm məhəlləyə.
– And verirəm oğlunun canına. Qonaqlarım var. Təcili lazımdı. 25 manatım var.
– Qız gəlib yanıma, qonaqdır. Buna daş lazımdır, xahiş edirəm.
– Eliş, yarımı necə edək? Sən canı nə edək?
– Mənəm, Elxan. Telefonu aç. 50 manatlıq tema lazımdır.

Məhkəmə araşdırması zaman Elnarə Heydərovanın qeyd edilən cinayət əməlini törətməsi qənaətinə gəlinib. Hökmə əsasən E.Heydərova 5 il azadlıqdan məhrum edilib.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90