image-rt-reklam
image-1backend

“5 ildə 40 milyon insan Ayasofyanı ziyarət edib” -Türkiyənin Mədəniyyət və Turizm naziri

image-728x90

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Ayasofya-i Kəbir Məscidində aparılan  bərpa işlərini yerində yoxlayıb.

Ulusal.az xəbər verir ki, yoxlamalardan sonra mətbuata açıqlama verən nazir Ersoy bildirib ki, “Bu təkcə xalqımızın deyil, bütün insanlığın ortaq mirası olan nadir abidəni qorumaq, gücləndirmək və gələcək nəsillərə layiqincə çatdırmaq üçün böyük səylə çalışırıq. Bu müddət ərzində bir çox vacib addımlar atmışıq və atmaqdayıq.”

Ayasofyanın qorunmasında yeni texnologiyaların tətbiq olunduğunu qeyd edən Ersoy, “Məscidimizdə 300 fiziki təhlükəsizlik işçisinin yanında süni intellekt dəstəkli yeni təhlükəsizlik sistemi yaradılıb. Məscid daxilində və ətrafında kamera sayı artırılıb, süni intellekt sayəsində mümkün qüsurlara dərhal müdaxilə edilir. Hər hansı xoşagəlməz hadisə halında isə ekranlar dərhal təhlükəsizlik personalını xəbərdar edir və onlar hadisəyə operativ müdaxilə edə bilirlər.” deyə bildirib.

Nazir qeyd edib ki,  son 5 ildə  40 milyon insan Ayasofyanı ziyarət edib.

“Bu rəqəm, Avropadakı bir neçə ölkənin ümumi əhalisi ilə müqayisə edilə bilər. Bu, bizim üçün böyük ugurdur,” – deyə Mehmet Nuri Ersoy bildirib.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90