image-2000x150
image-8backend

5 azərbaycanlı Ermənistanda mülk alıb: onlardan 3-ü mənzil, 1-i yaşayış evi, biri isə ictimai yerdir

image-728x90

Türkiyə və Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak alırlar. Ulusal.az  xəbər verir ki, bu açıqlama ilə Ermənistan Kadastr Komitəsi çıxış edib.

Komtədən bildirilib ki, 2018-2023-cü illər ərzində nə Türkiyə, nə də Azərbaycandan heç bir hüquqi şəxs Ermənistandan əmlak almayıb. Onların açıqlamasına görə, həmin müddətdə Türkiyə və Azərbaycan vətəndaşı olan fiziki şəxslər Ermənistanda əmlak almağa başlayıblar. Kadastr Komitəsinin məlumatına görə, Türkiyə vətəndaşlığı olan şəxslər 2018-2022-ci illərdə Ermənistanda ümumilikdə 46 daşınmaz əmlak əldə ediblər ki, onlardan 40-ı mənzil, 2-si yaşayış evi, 3-ü dövlət əmlakı, 1-i isə torpaqdır. Mənzillərdən 7-si 2018-ci ildə, 12-si 2019-cu ildə, 2-si 2020-ci ildə, 8-i 2021-ci ildə, 11-i isə 2022-ci ildə alınıb. 2019-cu ildə 2 yaşayış evi və 3 dövlət əmlakı alınıb. 1 torpaq sahəsi 2021-ci ildə alınıb və özgəninkiləşdirilib.

Həmin məlumata görə, 2018-2022-ci illərdə Azərbaycan vətəndaşları ümumilikdə 3 mənzil, 1 yaşayış evi və 1 ictimai sahə əldə ediblər. Azərbaycanlılar 2018, 2019 və 2022-ci illərdə mənzil, 2022-ci ildə yaşayış evi, 2019-cu ildə isə ictimai yer alıblar.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90