image-rt-reklam
image-1backend

Kurskda ağır döyüşlər – Ukrayna birləşmələri xeyli texnika məhv edib və əsir götürüb

image-728x90

Kursk vilayətində Rusiya ordusu ilə Ukrayna qoşunları arasında dünəndən başlayan şiddətli döyüşlər davam edir.

Ulusal.az Rusiya və Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, hər iki tərəf artilleriya və təyyarələrdən istifadə edir.

Rusiyanın “VÇK-OQPU” teleqram kanalının məlumatına görə, Rusiya ərazisinə daxil olan Ukrayna Silahlı Qüvvələri yaxınlaşan kimi, Çeçenistan rəhbəri Ramzan Kadırovun “Axmat” xüsusi təyinatlılarının döyüşçüləri Kursk vilayətindəki mövqelərini tərk edərək qaçıblar. Bir sıra rusiyayönlü “teleqram” kanalları Rusiya ordusunun digər hərbi texnikalarla yanaşı, “Ka-52” hücum helikopterini itirdiyi barədə məlumat verir. Həmçinin, daha bir neçə Rusiya helikopterinin vurulduğu bildirilir.

Bundan əlavə, ruslar Kursk vilayətində məhv edilən iki “T-62M” tanklarının fotolarını dərc ediblər. “Z-kanalları”nın məlumatına görə, tələsik döyüş zonasına gətirilən Rusiyaya aid bu tanklar böyük yük avtomobillərindən endirilməmiş, yerindəcə məhv ediliblər.

Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, Ukrayna qoşunları axşam saatlarında Kursk vilayətindən sıxışdırılaraq, Ukrayna ərazisinə çıxarılıb. Lakin Ukrayna tərəfi bunu təsdiqləməyib. Ümumiyyətlə, rəsmi Kiyev Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində hər hansı hücum hərəkətini şərh etmir.

Eyni zamanda, Rusiyanın hərbi “teleqram” kanalları Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki Nikolaevo-Daryino və Daryino yaşayış məntəqələrini ələ keçirdiyini yazır. Həmçinin, Ukrayna mediası təslim olan çoxsaylı rusiyalı hərbçilərin videolarını yayımlayır.

Müstəqil mənbələr isə hələ döyüşlərin davam etdiyini və Rusiyanın cəbhənin digər istiqamətlərindən əraziyə qoşun cəlb etydiyini yazır.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90