image-2000x150
image-xbackend

“4000 manat verməsəm, əlilliyimi bərpa etməyəcəklər”- Şəki sakinindən iddia

image-728x90

Şəki rayonu, Baş Göynük kənd sakini Mürşüdov Fəxri Əmir oğlu ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin özbaşnalığından şikayətçidir. O,  göndərdiyi məktubunda yazır ki, 1968-ci ildə andan olub və 05.07.1971-ci ildə, yəni 3 yaşımda bədəninin qarın nahiyyəsindən aldığı ciddi xəsarət nəticəsində  birdəfəlik  əlil olub.

O qeyd edir ki, dəflərlə müalicə alsa da, effekt verməyib və 15 ildir ona II qrup əlillik təyin olunub. “Lakin 2021-ci ildən əlillik təqaüdüm mənə məlum olmayan səbəblərdən kəsilib”.

Fəxri Mürşüdov bildirir ki, 27  sentyabr 2021-ci ildə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbəsinə təqdim edib. ƏƏSMN-nin Şəkidəki şöbəsinin komissiysı baxıb, ona “Forma 88” göndərişi verib. “Sonra 2022-ci ildə təkrar bir də göndərdilər. Lakin ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyi hər dəfə “forma natamam doldurulub” rəsmi cavabı verməklə, işini formal bitmiş hesab edib və əlilliyi ləğv edib. “Rəsmi cavabdan göründüyü kimi, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin sədr müavini Mətanət Məmmədovanın 14.03.2022-ci il tarixli, 22430093663 saylı rəsmi cavab məktubunda bildirir ki, guya göndəriş natamam doldurulub. Mənim tibbi təhsilim olmasa da, bildirməliyəm ki, 3 yaşımdan ağır travma nəticəsində aldığım xəstəliklə bağlı bu gün qədər müalicələr almışam. Lakin heç bir xeyri olmayıb.  Ona görə də TƏBİB-in Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstiunun ən savadlı komissiyası xəstəliyimi tam müayinə edib 9 punk üzrə – S98.4, S 90.5, S91.0, T21.3, T 95.1, M 62.5, R 52.1, Z 73.6  madələri ilə xəstəlik qiymətləndirilib. Və 29 iyul 2021-ci ildə verdikləri rəsmi Arayışda bir daha təsdiq ediblər ki, “ …hissiyatın kəskin pozulması, qarın nahiyyəsində çapığın sağalmayan trafriki yarası, hər iki süd vəzi deformasiyası, döş və qarın əzlələrin hipertrafiası, deformasiyası, daimi ağrı sindromu, funksiyanın pozulması ilə”. Yəni xəstəliyin nəticə hissəsində də qeyd edilir ki, “qarın nahiyyəsində çapığın sağalmayan trafiki yarası”.  Bu, o deməkdir ki, Mətanət Məmmədova  mən ömrümün axırına qədər stasionar müalicə alsam da bu xəstəlik sağalan deyil! Bunu siz də həkim komissiyanız da istəsəniz də, istəməsəniz də başa düşüb qəbul etməlisiniz”.

Fəxri Mürşüdov şikayətində bildirir ki, Mətanət Məmmədovanın “bəhanəsi” ondan xəbər verir ki, guya Şəki Rayon Mərkəzi Xəstəxana həkim komissiyası praktikadan yenicə komissiyaya işləməyə gəliblər və “ texniki səhv” ediblərmiş. “Lakin mənim kimi minlərlə kasıb insane verilən belə rəsmi cavabın açması budur ki, yerli həkim komissiyaları xəstə rüşvətini (konkret 4000 manatını) vermədiyi halda ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyi  həmişə belə cavab” yazacaq və əlilliyin təyinindən imtina edəcək. Budur 2 il 10 aydır ki, yollarda, qapılarda qalmışam. ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbəsi də bildirlər ki, yeni göndəriş verərik, amma ƏƏSMN–nin verəcəyi imtina qərarı bizlik deyil”.

Şəki sakini sonda dövlət başçısından kömək istəyib. O xahiş edib ki, həm onun probleminin həllinə yardımçı olsunlar, həm də sözügedən qurumla bağlı hüquqi tədbir görsünlər.jamaz

    

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90