image-2000x150
image-1backend

40 gün “ölüm zindanı”nda yatan dənizçi: Ayaqlarımızı tikanlı məftillərlə bağladılar

image-728x90

Yanvarın 20-də səhər saatlarında Məzahir kapitan mənə zəng elədi. Soruşdu ki, nə baş verir?

Mən həyacanlı şəkildə dedim ki, bəs bilmirsən, Bakıda gecə rus ordusu faciə törədib. Yaşlı, cavan, uşaq demədən hamısını öldürüblər…

Ulusal. az 20 yanvar faciəsi zamanı böyük fədakarlıqlar göstərən kapitan Vəfadar İbrahimli ilə həmsöhbət olub.

Biz o boyda Bakını ələ keçirmişik, sən balaca bir buxtanı ala bilmirsən?!

32 yaşım var idi. Vyetnamdam təzə gəlmişdim. Yanvarın 20-də hadisələrdən xəbər tutan kimi 5-6 saat içində bütün gəmilər bir araya yığıldı.Bax onların hamısını mən ora çağırmışdım. Bakı Buxtasını təmamilə blok etmişdik. Biz bir neçə rus hərbi gəmilərinə hücum etmişdik. Birdən gəmidə radiodan səslər eşitdik. Qorbaçovun səsini eşitdik gəminin radiosunda, Yazovla danışanda tutduq. Qorbaçov soruşurdu ki, vəziyyət necədir orda? Yazov dedi ki , bir problem var, bütün Bakını tutumuşuq, bir Bakı Buxtasını tuta bilmirik. .. Qorbaçov onda qışqıra-qışqıra keçmiş SSRİ-nin müdafiə naziri, Sovet İttifaqı Marşalı Dmitri Yazova deyirdi ki , sən necə generalsan ki, onların öhdəsindən gələ bimirsən?! Biz o boyda Bakını ələ keçirmişik, sən balaca bir buxtanı ala bilmirsən?!

Əllərimiz qandallı idi, ayaqlarımıza qandal çatmadı, tikanlı məftillərlə bağladılar ayağımızı…

Ən böyük vahiməni Bakıda keçiridk. Dedilər ki, çıxıb gedirsiniz evlərinizə. Aldadırdılar bizi… 5 saat Şüvəlan həbsxanasında saxladılar bizi. Əllərimiz qandallı idi, ayaqlarımıza qandal çatmadı, tikanlı məftillərlə bağladılar ayağımızı. Məni də bir çox dənizçilər kimi ekstremist adı ilə tutub sürgünə apardılar. Qanın içindi idik, öləndə oldu, qalan da. Bizi türmə maşını ilə Nasosnuya apardılar. Ordan isə desant təyyarə ilə Krasnodara yola düşdük. Orada türmədə o qədər vurdular bizi…(danışdıqca qəhərlənir, qeyri-ixtiyari həyacanlanırdı)

4 gün 4 gecə ac-susuz, 42 dərəcə şaxtada qatarla bizi Orenburqa apardılar. Bakının xəbəri yox idi baş verənlərdən … 30 sutka həbs verdilər bizə. Orda bir general dedi ki, 30 sutka həbsdən ötrü bunları niyə bura gətirmisiniz? Komendant dedi ki, Maqadana, ölümə gedirlər bunlar…. Saqqal saxlatdırdılar, ölüm nömrələri ilə şəklimizi çəkdilər. Orenburqun “ölüm zindan”nıda 40 gün əsir qaldım. Ölümə məhkum olanaları ora aparırdılar. Rusiyanın ən pis həbsxanasıdır. Gedişi olub, dönüşü olmayan bir həbsxana…

Dedilər ki, sən ölmüsən, yasını vermişik….

Mən yeganə adamam ki, Bakıya zəng edə bildim. Fövqəladə vəziyyət idi, Bakı ilə əlaqə saxlamaq olmurdu. Burada da dənizçi olmağım köməyimə gəldi. Moskvanın kodunu yığdım, ardınca Rostovun kodunu yığaraq evimizə zəng elədim. Qardaşım səsimi eşidib inanmadı. Dedi sənə yas vermişik, deyiblər sən ölübsən. Atam sənin ölüm xəbərini eşidən kimi infarkt keçirib. İnanmırdılar ki, mən sağam…

40 gündən sonra gəldim Xırdalana, evimizə, qapının arxasından eşitdim ki, məndən danışırlar. Biri deyirdi ölüb, o biri deyirdi ki, dənizdə batırıblar. Dözmədim, içəri keçdim. Dedim mən ölməmişəm, sağam və burdayam… Məni görüb hamısı dondu bir anlıq. Belə hadisələri biz adətən filmlərdə görərdik. Mən isə bunu real həyatda yaşadım.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90