image-rt-reklam
image-1backend

Mahir Emreli “Qarabağ”a qayıdır: “Dinamo”  onu təlim-məşq toplanışına aparmadı

image-728x90

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubundan ayrılmağa çox yaxındır.

Zaqreb təmsilçisi yeni mövsümə hazırlıq üçün 27 yaşlı hücumçunu Avstriyadakı təlim-məşq toplanışına aparmayacaq.

Emreli ilə yanaşı, Moreno Jivkoviç və Qabriel Rukavinanın da hazırlıq prosesində iştirakı gözlənilmir.

Qeyd edək ki, 2022-ci ildən “Dinamo”da çıxış edən Mahir Emreli komanda ilə iki dəfə Xorvatiya çempionu olub. Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Futbolçunun klubu ilə yollarını ayıracağı gözlənilir. Bəzi məlumatlara görə Emreli yaxın günlərdə “Qarabağ”ın düşərgəsində ola bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90