image-2000x150
image-22backend

32 ildən sonra şəhid Gülverdi Hüseynov sabah Qobuda dəfn ediləcək -FOTO

image-728x90

Birinci Qarabağ müharibəsində, 26 yanvar 1992-ci ildə Daşaltıda şəhid olan Hüseynov Gülverdi Ağahüseyn oğlu sabah dəfn ediləcək. Bu barədə Ulusal.az  Azərbaycan Radiosuna istinadən xəbər verir. Dəfn sabah Abşeron rayonunun Qobu qəsəbəsində baş tutacaq. Hüseynov Gülverdi Ağahüseyn oğlu Qobuda Şəhidlər Xiyabanında, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən, 2020-ci il oktyabırn 26-da Füzuli uğrunda döyüşlərdə şəhid olan və ölkə Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilən, nəvəsi Qasımov Gülverdi Abil oğlunun yanında torpağa tapşırılacaq.

image-a040df68-7ea1-4c3b-aa8b-4b6864dff880

Neçə illərdir ki, Hüseynov Gülverdi Ağahüseyn oğlunun məzarını tapmaq mümkün deyildi. Hər kütləvi məzarlıq tapılanda ailə xəbər gözləyirdi. DNT testinin nəticələrinə görə şəhidimiz Hüseynov Gülverdi Ağahüseyn oğlunun nəşi müəyyənləşib. Dünən ailəsinə bu barədə xəbər verilib. Beş qız övladını evdə körpə qoyub vətənin harayına tələsən, 41 yaşında cəbhəyə gedən və şəhid olan Gülverdi babanın 73 yaşında dəfn mərasimi baş tutacaq.

Gülverdi Hüseynovun böyük qızı Pərvanə Nəcəfova isə həsrətə son qoyulduğu üçün Ali Baş Komandana öz minnətdarlığını bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90