image-rt-reklam
image-20_01_49_whatsapp_image_2024-06-01_at_164439_d8b530ecbackend

31 Mayda Bakıda keçirilən “III Türk dünyası Ədəbiyyat və Kitab Festivalı” Kuzey Kıbrıs Türk Cumhuriyyətinə həsr olunub – FOTOLAR

image-728x90

24-31 may tarixlərində Bakıda “lll Türk dünyası Ədəbiyyat və Kitab festivalı” keçirildi. Türk dünyasının tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimlərinin iştirakı ilə gerçəkləşən festival səkkiz gün davam etdi. Festivalın hər günü bir ölkəyə həsr edilmişdi;
24 may – Qırğızıstan Günü, 25 may – Özbəkistan Günü, 26 may – Macarıstan Günü, 27 may – Qazaxıstan Günü, 28 may – Azərbaycan Günü, 29 may – Türkiyə Günü,
30 may – Türkmənistan Günü,
31 may – Kuzey Kıbrıs Türk Cümhuriyyəti Günü olaraq qeyd olundu.
31 May səhər saatlarında Kuzey Kıbrıs Türk Cumhuriyyətinin himni ilə başlayan Festivalda Kuzey Kıbrıs ədəbiyyatından, poeziyasından səsləndirilən nümunələr və milli musiqisindən, türkülərindən ibarət konsert proqramı ilə Kıbrısdan gələn sənətçilər dinləyicilərin zövqünü oxşadı.
Festivalın aparıcısı, Azərbaycan Yazarlar Birliyi Mətbuat xidmətinin rəhbəri Xəyal Rza Kuzey Kıbrıs yazıçı və şairlərinin həyat və yaradıcılıq yolundan danışdı.
Mərhum Azərbaycan xalq şairi Musa Yaqubun Yavru Vətənə həsr etdiyi “Kıbrısa Azərbaycan salamı”yla qonaqları salamlayan
Dr. Xəyalə Zərrabqızı Kuzey Kıbrıs ədəbiyyatının yaradıcılarından, ilk xanım şairələrindən olan Urkiye Mine Balmanın əziz xatirəsindən, “Yurduma gedən yollar” kitabından və qardaş ədəbiyyatlarımızın ölkələrimiz arasında könül bağı olmasından söhbət açdı.
Daha sonra festivalda iştirak edən, Kıbrısdan xüsusi dəvətli qonaqlar sırasında olan Dr.Çağın Zort müəllifi olduğu “Kıbrıs Türk ədəbiyyatına dair məqalələr”, “Kıbrıs dialektinin ümumi fonetik və morfoloji quruluşu”, “İbrahim Zəki Burdurlu – Kıbrıs Türk ədəbiyyatında bir məşəl” kitabları barədə maraqlı məruzə ilə çıxış etdi.
Karikatür rəssam olan Mustafa Tozakinin musiqi müşayiətində Kıbrısın sevilən sənətçisi Halil Şavkın Kıbrıs milli musiqisindən seçilmiş parçalar ifa etməsiylə tədbirə rəngarənglik gətirdi.
Azərbaycan – KKTC Parlamentlərarası iççi qrupun Başqanı, Milli Məclisin Deputatı Cavanşir Feyziyevin səhnəyə dəvət olunaraq “Türk dünyası Milli Birlik və Bərabərlik” medalı ilə təltif olunması auditoriya tərəfindən böyük rəğbət və alqışlarla qarşılandı.
Siyasi münasibətlərin özəyində mədəni münasibətlərin dayandığını söyləyən millət vəkili Cavanşir Feyziyev bu cür festivalların ölkələrimiz arasında mənəvi körpü olduğunu vurğuladı.
TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən Kıbrısdan gələn qonağımız dəyərli Çağın bəy Zorta, Abdulla Əmir Haşimiyə, Lütviyyə Əsgərzadəyə, Nadir Yalçına, Qəşəm Nəcəfzadəyə “Molla Pənah Vaqif”, Almaz Ülviyə “Mahtumkulu Firaki” medalını təqdim edən millət vəkili Cavanşir Feyziyev gələcək illərdə festivalın işinə uğurlar, bütün Türk dünyasına firavanlıq arzuladı.
Festival Halil Şavkının ifasında Kuzey Kıbrıs türküləri və “Səma” rəqs qrupunun çıxışı ilə öz işini uğurla başa çatdırdı.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90