image-2000x150
image-391603684_292323583754428_8451825349571960597_nbackend

“30 ildən çoxdur ki, xalqımız bu möhtəşəm zəfərin həsrətində olub” – DEPUTAT

image-728x90

“Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və uzaqgörən siyasəti nəticəsində bu gün Xankəndində, Xocalıda, Ağdərədə Şuşada və işğaldan azad olunmuş digər rayon, şəhərlərdə üçrəngli bayrağımız dalğalanır”.

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, 30 ildən çoxdur ki, xalqımız bu möhtəşəm zəfərin həsrətində olub.

“30 il ərzində nə vaxtsa topraqlarımızı azad edəcəyimizə inanmışıq. Ali Baş Komandan İlham Əliyevin 20 ilik prezidentlik dövrümüzdə bu inanmız daha da artdı. 20 il ərzində ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyevin zamanında gələcəyə hesablanmış addımları sayəsində Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa etdi. Bu gün Ali Baş Komandan İlham Əliyev Xankəndində, Xocalı şəhərində, Əsgəran qəsəbəsində, Ağdərədə, Xocavənd şəhərində və Sərsəng su anbarının ərazisində Azərbaycanın üçrəngli bayrağını ucaltdı. Həmin anları hər bir azərbaycanlı vətəndaşı kimi mən də qürurla izlədim. Məhz bu gün Xankəndində, Xocalıda, Ağdərədə və Sərsəng su anbarının ərazisində bayrağımızın dalğalanması bir daha cənab prezident İlham Əliyevin nəyi, necə, nə vaxt etmək lazım olduğunu sübut etdi”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90