Rusiyanın bir bölgəsi 2025-ci ilin ilk doqquz ayında üç milyona yaxın turist qəbul edib.
Bu barədə Rusiya Səyahət Sənayesi İttifaqı (RUTI) özünün rəsmi Telegram kanalında məlumat yayıb.
Mənbənin məlumatına görə, Primoryeyə çinli, yapon və koreyalılar axışıblar. ABŞ, Kanada, Avstraliya, Avropa və Yeni Zelandiyadan isə ümumilikdə 200.000 əcnəbi regiona səfər edib.
Daha əvvəl bildirilmişdi ki, 2025-ci ildə Rusiyaya əcnəbilər axın edib. Ölkəyə ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz çox ziyarətçi gəlib.






















