image-rt-reklam
image-1backend

3-cü Antalya Diplomatiya Forumu öz işinə BAŞLAYIB

image-728x90

Bu gün 3-cü Antalya Diplomatiya Forumu öz işinə başlayıb.

Ulusal.az TRT-yə istinadən xəbər verir ki, 147 ölkədən yüksək səviyyəli nümayəndələrin qatılacağı forumun əsas mövzusu böhranlar zamanı diplomatiyanın önə çəkilməsi olacaq.

Forumda 147 ölkədən 19 dövlət və hökumət başçısı, 73 nazir iştirak edəcək. Forum tələbələr də daxil olmaqla 4 min qonağı qəbul edəcək. 50-dən çox müxtəlif formatda açıq sessiyalar keçiriləcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan forum çərçivəsində liderlərlə ikitərəfli görüşlər keçirəcək. Xarici işlər naziri Hakan Fidan da 30-dan çox həmkarı ilə görüşəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90