image-2000x150
image-1backend

2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?

image-728x90

2024-cü ilin ilk iki ayında Türkiyəyə 4 milyon 341 min 606 nəfər turist gəlib ki, bunların ən çoxu turist İran, Rusiya və Bolqarıstandan gəlib.

Ulusal.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə, 2023-cü ildə Türkiyəyə gələn xarici qonaqların sayı 56 milyon 693 min 837 olub. Turistlərin 49 milyon 209 min 180 nəfəri əcnəbi, 7 milyon 484 min 657-s isə xaricdə yaşayan Türkiyə vətəndaşlar olub.

Sərhəd-giriş-çıxış statistikasına görə, Türkiyə 2024-cü ilin yanvar ayında 2 milyon 47 min 27, fevral ayında isə 2 milyon 294 min 579 xarici turist qəbul edib.

2023-cü ilin eyni dövründə Türkiyəyə 3 milyon 876 min 381 xarici qonaq daxil olub. Bu məlumatlara görə, 2024-cü ilin yanvar-fevral dövründə Türkiyəyə səfər edən əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 4 milyon 341 min 606 nəfərə çatıb.

2023-cü ildə və 2024-cü ilin ilk 2 ayında Türkiyəyə gələn turistlərin ümumi sayı 61 milyon 35 min 443 olub.

Bu ilin yanvar və fevral aylarında Türkiyəyə ən çox turist 437 min 905 nəfərlə olmaqla İrandan gəlib. Ondan sonra 433 min 654 nəfərlə Rusiya, 345 min 301 nəfərlə Bolqarıstan, daha sonra Almaniya və Gürcüstan gəlir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90