image-rt-reklam
image-dhl-danzas-780x470backend

200 illik tarixi olan məşhur şirkət Azərbaycanı tərk edir?

image-728x90

200 illik tarixi olan məşhur logistika şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunur.
Ulusal.az xəbər verir ki, Almaniyanın “DHL Global Forvarding” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “DHL Global Forvarding Azərbaycan” MMC (VÖEN – 1403459321 ) ləğv olunduğunu elan edib.
Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Yasamal rayonu, Mətbuat prospekti küçəsi, ev 35c ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “DHL Global Forvarding Azərbaycan” MMC 24.06.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 miyon 218 min 660 manat olan MMC-nin qanuni təmsiçisi Gürcüstan vətəndaşı olan Zurab Sapanadzedir.

Məlumat üçün bildirək ki, mərkəzi qərargahı hazırda Almaniyada – Bonn şəhərində yerləşən “DHL Global Forvarding” şirkəti 1815-ci ildə “Danzas” adı ilə Fransanın Saint-Luis şəhərində qurulub. “DHL Global Forvarding” şirkəti dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərir.(Yeniavaz)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90