image-rt-reklam
image-antiterrorbackend

“20 kəndimiz terrorçulardan təmizlənib” – Ədalət Verdiyev

image-728x90

“Azərbaycan ordusunun dünən başladığı antiterror tədbirləri hazırda aktiv fazadadır. Son sutka ərzində 100-dən çox düşmən mövqeləri darmadağın edilib. Düşmənin təxminən 130-a qədər də zirehli vasitələri, radiolokasiya stansiyaları, radioelektron müdafiə kompleksləri və artileriya qurğuları sıradan çıxardılıb. Bu dəqiqələrə qədər 20-dən çox Azərbaycan kəndi erməni terrorçularından təmizlənib”.

Bunu Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, hazırda antiterror tədbirləri uğurla davam etdirilir:

“Erməni terrorçuları tam təslim olana qədər antiterror tədbirləri davam etdiriləcək. Təxminən 3-4 gün müddətində bütün təhlükəsizlik tədbirlərini nəzərə almaqla antiterror tədbirləri başa çatdırılacaq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90