image-rt-reklam
image-1backend

2 milyon əhalisi olan Antalyaya 17 milyon turist gəlib 

image-728x90

Bu il xarici turist sayında rekord qıran Antalya əhalisinin 7 qatından çox qonaq qəbul edib.

Təxminən 2 milyon 365 min əhaliyə sahib olan Antalyaya ilin ilk 11 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artımla 16 milyon 606 min 501 xarici vətəndaş gəlib.

Son 11 ayda əhalisinin 7 qatından çox qonağı qəbul edən Antalyada turist sayının ilin sonuna qədər 17 milyonu keçəcəyi gözlənilir.

Çimərlikləri, antik şəhər strukturu, bənzərsiz təbiəti, idman meydançaları, lüks otelləri ilə xüsusilə Rusiya, Almaniya və İngiltərə başda olmaqla dünyanın dörd bir yanından turistlərin diqqət mərkəzində olan Antalya yaxşı bir mövsüm keçirən turizm şirkətlərinə gələcək il üçün daha çox ümid verir.

Turizm şirkətləri gələn il üçün hədəflərini 19 milyon turist olaraq müəyyən ediblər.

Qeyd edək ki, Antalya turizm sahəsində dünya üzrə ən çox ziyarət edilən şəhərlər arasında ilk beşlikdə yer alır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90