image-rt-reklam
image-1backend

17 yaşında itkin düşdü, 45 yaşında qonşunun zirzəmisində… – Film kimi hadisə

image-728x90

26 il əvvəl itkin düşən kişi qonşusunun zirzəmisində sağ-salamat tapılıb.

Ulusal.az xəbər verir ki, Əlcəzairdə 1998-ci ildə yoxa çıxan kişi qonşusunun zirzəmisində tapılıb.

O zaman 17 yaşlı Ömər bin Omran 26 il əvvəl Jelfa əyalətində məktəbə gedərkən yolda yoxa çıxıb. Həmin vaxt ölkədə vətəndaş müharibəsi getdiyindən ailəsi onun döyüş əməliyyatları nəticəsində öldüyünü düşünüblər. Buna baxmayaraq Ömərin anası ürəyində həmişə oğlunun sağ olduğuna inanıb.

Bir neçə gün əvvəl polis Ömərin ailəsinin qaldığı yerdən yüz metr aralıda yaşayan qonşusunun evində axtarış aparıb. Axtarış zamanı evin zirzəmisində yerin altından mal tövləsi tapılıb. Orada saxlanılan 45 yaşlı Ömər dərhal xəstəxanaya aparılıb. Onun həm fiziki, həm də ruhi sağlamlığında problemlər olduğu bildirilir.

Məlum olub ki, bir müddət əvvəl sosial şəbəkələrdə “cinayətkara yaxın” bir qadın Ömərin onunla yaşadığını əks etdirən yazı paylaşıb. Daha sonra o, bunun zarafat olduğunu deyib, lakin qaçırılan şəxsin qohumları polisə müraciət edib. Üstəlik, onlar əvvəllər də qonşularında qəribə davranışlar hiss etdiklərini deyiblər. Qonşu tək yaşasa da, heç kimi evə buraxmayıb, iki nəfərlik yemək alıb.

Nəticədə, Ömərin yaxınları onun itkin düşməsi ilə bağlı cinayət işinin açılmasına nail olublar. Daha sonra cinayətkarın qardaşı girovla bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Zərərçəkmiş qohumlarını bəzən pəncərədən gördüyünü, lakin onlarla əlaqə saxlamağa cəsarət etmədiyini, “sanki cadugərin təsiri altında olduğunu” deyib. Hazırda istintaq davam edir.

Qeyd edək ki, axtarışların davam etdirilməsinin tərəfdarı olan yeganə şəxs olan Ömərin anası 2013-cü ildə dünyasını dəyişib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90