image-rt-reklam
image-1591859348-heyder_aliev76backend

15 iyun Milli Qurtuluş, Xilaskarlıq bayramıdır…

image-728x90

31 il əvvəl, Azərbaycan adlı məmləkətdə dəhşətli proseslər cərəyan edirdi. Bir il öncə, küçədən birbaşa ali hakimiyyət kürsülərinə oturmuş, təcrübəsiz AXC-Müsavat cütlüyü eyforiyadan başını itirmişdi. Bir tərəfdən rayonlarımız ermənilər tərəfindən işğal olunur, yüz minlərlə məcburi köçkün ev-eşiyindən didərgin düşür. Digər tərəfdən, etnik separatizm zəminində qondarma qurumların yaradılmasına cəhd edilir. Cənub bölgəsində baş separatçı Əlikram Hümbətovun rəhbərlik etdiyi döyüş briqadası, cəbhə xəttini özbaşına tərk edir və Lənkəranda ,,Talış-Muğan respublikasını,, elan edir. Atəşkəs rejiminin 1994-cü ilin mayında, Bişkekdə imzalandığını nəzərə alsaq, 93-cü ilin iyun ayında bütöv bir hərbi hissənin döyüş bölgəsini tərk etməsi, ən ağır hərbi cinayət hesab olunur.
Şimal bölgəsində də, general Qəhrəmanovun başçılıq etdiyi Sadval təşkilatı da, hələ oturuşmamış Azərbaycan dövlətinin zəifliyindən istifadə edərək, konkret ərazilər üzrə iddialarla çıxış edir. Burada ən təəccüblüsü odur ki, Sadvalın təsis konfransı Bakının mərkəzində, o zamankı 26-lar, indiki Səbayil rayonunda(səhv etmirəmsə, neftçilərin mədəniyyət sarayında) keçirilir. Sual olunur: hansı normal siyasi hakimiyyət oturduğu budağı kəsər?! AXC-Müsavat hakimiyyəti, ölkəni parçalamaq istəyən separatçı qüvvələrin fəaliyyətinə yaşıl işıq yandırır, hüquqi zəmin yaradır. Əgər, bunun adı demokratiyadırsa, olduqca təhlükəli bir zatdı. Təsis konfransı ölkə xaricində keçirilsəydi, hardasa başa düşmək olardı. Hər iki separatçı qurum, Azərbaycanı parçalamaq istəyən xarici qüvvələr tərəfindən idarə olunurdu.
Digər bir istiqamət isə, şimal-qərb bölgəsində baş verən hadisələr idi. Heç bir zərurət olmadan, Balakən rayonuna 7 ədəd tank, o cümlədən zirehli transportyorlar gətirilir, əhaliyə xeyli sayda atıcı silahlar paylanır. Qısa müddət ərzində, rayonda formalaşmış çoxsaylı cinayətkar dəstələr tərəfindən ağır cinayətlər törədilir. Yeri gəlmişkən, Bakı qarışıq, respublikanın elə bir bölgəsi yox idi ki, orada cinayətkar qruplar olmasın. Təcrübə göstərir ki, mərkəzi hakimiyyət və dövlət idarəetmə sistemi zəif olduqda, yerlərdə mütəşəkkil cunayətkarlıq “yağışdan sonra çıxan göbələkləri” xatırladır. Hətta, cinayətə meyl etməyən gənclər belə həmin qruplara qoşulurlar.
Hər bir ölkənin xarici siyasəti, onun daxili siyasətinin davamıdır. Bu baxımdan, AXC-Müsavat hökumətinin apardığı daxili siyasətin mənfi təzahürləri, xarici siyasətdə də özünü göstərir. Yenicə müstəqilliyinə nail olmuş, ölkə üçün, digər dövlətlərlə, beynəlxalq təşkilatlatlarla münasibətlər qurması, əməkdaşlıq üçün tərəfdaşlar toplaması, son dərəcə zəruridir. Müvəffəqiyyətdən başları gicəllənən ,,meydan qəhrəmanları,, isə, hakimiyyətə yiyələnən kimi, ölkənin iqtisadi və siyasi gücünü, ümumiyyətlə potensialını düzgün qiymətləndirmədən, bir çox müstəqil dövlətlərlə imperativ formada danışmağa, müxtəlif coğrafiyalara bayraq sancmağa başladılar. Nəticə özünü çox gözlətmədi. Ölkə, beynəlxalq platformalarda təkləndi, uzun illər ərzində iqtisadi dəstəyi məhdudlaşdıran, bədnam 907-maddə qəbul edildi. Qardaş türk cümhuriyyətləri ilə, belə münasibər pozuldu.
Gəncədə qardaş qırğını baş verdi. Ölkə vətəndaş müharibəsi həddinə çatdı. Xüsusilə qeyd etmək yerinə düşər ki, 88-ci ildən 93-cü ilə qədər, hər il dəyişən siyasi hakimiyyətlər xalqı bezdirmiş, gələcəyinə inamı itirmişdi.
Bu gün biz qətiyyətlə deyə bilərik ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri, əldə olunan tarixi qələbələr, siyasi, iqtisadi, hərbi gücü Ümummilli Lider Heydər Əliyevin, dərin düşünülmüş, uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Əgər, 1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, xalqımızın, hansı fəlakətlərlə üzləşəcəyini proqnozlaşdırmaq çətin olmazdı.
15 iyun Milli Qurtuluş, Xilaskarlıq bayramıdır.
BAYRAMINIZ MÜBARƏK !!!

Nəsib Məhəməliyev

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90