image-rt-reklam
image-leyla_aliyeva_qurtulus_gunubackend

“15 iyun Azərbaycan xalqının və dövlətinin həyatında dönüş nöqtəsi olub” – ŞƏRH EDİLDİ

image-728x90

“15 iyun 1980-ci illərin sonlarından başlayaraq Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni həyatında yüksələn xətlə cərəyan edən deqradasiya proseslərin kulminasiya nöqtəsidir. 1980-ci illərin ortalarından başlayaraq bütün Sovet İttifaqı ərazisində yaşanan iqtisadi kollaps Azərbaycan iqtisadiyyatını da çökdürmüşdü. Təxminən elə həmin dövrdən özünü açıq şəkildə göstərməyə başlayan erməni separatizmi bütün azərbaycanlıların Ermənistan ərazisindən qovulmasını başa çatdıraraq artıq hərbi təcavüz mərhələsinə keçmiş və torpaqlarımızın bir qismi işğala məruz qalmışdı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, ölkə müxtəlif xarici dövlətlərin maraqlarına xidmət edən və bir- biri ilə kəskin ziddiyyətdə olan siyasi qruplaşmaların qarşıdurması nəticəsində didilib parçalanırdı: “Bu qruplaşmalar arasındakı siyasi mübarizə artıq siyasi düşmənçiliyə çevrilmişdi və ölkəni birbaşa vətəndaş müharibəsinə sürükləyirdi. Ölkənin müxtəlif bölgələrində xarici qüvvələr tərəfindən idarə olunan separatçı meyillər yaranmışdı. Ölkədə total işsizlik, aclıq və ümidsizlik hökm sürürdü, mədəni həyat haqqında isə ümumiyyətlə düşünmək belə heç kimin ağlına gəlmirdi. Bir sözlə, Azərbaycan adlı bir dövlətin mövcudluğu özü də sual altında idi”.

Deputat qeyd edib ki, vəziyyətin bu qədər mürəkkəbləşməsi bir-birinin qanına susamış iqtidar və müxalifətlə bərabər, bu qarşıdurmadan sağ çıxmaq və vətəni qorumaq haqqında düşünən xalqı da çıxılmaz vəziyyətə salmışdı: “Məhz belə bir şəraitdə xalq son ümidini Heydər Əliyevə bağlayaraq onun hakimiyyətə qayıtması üçün şərait yaradılmasını tələb etməyə başladı. Vəziyyəti heç cür xilas edə bilməyəcəyinə əmin olan iqtidarın özü xalqın təkidi ilə Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Naxçıvandan Bakıya gələn Heydər Əliyev bu gün Qurtuluş günü kimi qeyd etdiyimiz 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi. 15 iyun Azərbaycan xalqının və dövlətinin həyatında dönüş nöqtəsi olmaqla dövlətçilik tariximizdə yeni mütərəqqi mərhələnin başlanğıcını qoydu”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90