Deputat, bu ilin payızında referendum keçirilməsi ehtimalından danışıb. E.Qədirli hansı sahələrdə dəyişikliklərin olacağına da diqqət çəkib.
Millət vəkili icra hakimiyyəti təsisatının ləğv olunacağını, proporsional seçki sisteminin bərpası və parlamentin ikipalatalı olması ilə bağlı dəyişikliklərin olacağını qeyd edib.
Ulusal.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da referendumun keçirilə biləcəyini vurğulayıb:
“Hələ ki, referendumla bağlı məsələlər gündəmdə deyil. Çünki Milli Məclisin sessiyası başa çatıb. Ola bilər ki, payız ərəfəsində bu məsələ gündəmə gəlsin. İstənilən halda, referendumun keçirilməsi mümkündür. Çünki bir sıra sahələrdə kontitusion dəyişikliklərlə ehtiyac var. Xüsusən də, idarəetmə və parlamentlə bağlı irəliyə doğru müəyyən addımların atılması, dolayısı ilə, Konstitusiyanın dəyişməsi də vacibdir.
Buna görə də, referendumun keçirilməsi mümkündür” -deyə Fazil Mustafa bildirib.


