image-rt-reklam
image-1699421361_photo_47118backend

104 il əvvəl Xankəndidə keçirilən HƏRBİ PARAD

image-728x90

Bu gün Azərbaycan Ordusu Xankəndidə Zəfər paradı keçirəcək. Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi paradda nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur. Parad sentyabr ayında baş tutan antitteror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini tam təmin etməsindən sonra keçirilir.

Ulusal.az xatırladır ki, 1919-cu ilin iyul ayında da Xankəndi şəhərində Hərbi Parad keçirilib.

Həmin dövrdə Hərbi nazir olan Səməd bəy Mehmandarov Nazirlər Şurasının Sədri Nəsib bəy Yusifbəyli ilə birlikdə Qarabağ bölgəsinə səfər etmişdi.

Səfərlə bağlı “Azərbaycan” qəzetində dərc edilən məqalədə paradın 29-30 iyul tarixlərində baş tutduğu bildirilir.

“Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını − Gəncə qubernatoru Rəfibəyovun müşaiyət etdiyi Baş Nazir N.Yusifbəylini və Hərbi Nazir S.Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların paradı oldu”, – o qeyd edib.

Məlumata görə, paradı Baş Nazir Nəsib bəy Yusifbəyli qəbul edib:

“İyulun 30-da əziz qonaqlar Şuşaya gəldilər. Şəhərdə qonaqlar ruhanilər və əhali tərəfindən duz-çörəklə qarşılandılar. Sonra qonaqlar Azadlıq meydanına gəldilər və burada ruhanilər və əhali tərəfindən nitqlər söylənildi. Cavab nitqi söyləyən Baş Nazir müsəlmanların başqa millətlərin nümayəndələri ilə dinc yanaşı yaşamalarının zəruriliyindən danışaraq qeyd  etdi ki, bunsuz Azərbaycanın rifahı mümkün deyil!!”.modern.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90