image-rt-reklam
image-1463917backend

10 min manatlıq maaş aldığı işindən imtina edib -1300 manata nazir müavini getdi

image-728x90

Məmləkətdə fədakar məmurlar yaranır – inanmırsınız?! Məsələn, Vüqar Valeh oğlu Mustafayev, o Azərbaycan Respublikası müdafiə sənayesi nazrinin müavini vəzifəsinə təyin olunub. Bundan öncə Vüqar müəllim “PASHA Holding” MMC-nin Türkiyə Respublikası Nümayəndəliyinin rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A.Ş. şirkətinin Müşahidə Şurasının Sədri olaraq fəaliyyət göstərib.

Həmin vəzifələrdə Vüqar müəllimin aylıq maaşı 10 min manatdan yüksək olub, indi isə 1370 manatlıq maaşa razılıq verib nazir müavini işləyəcək. Fədakarlıq deyil də, bəs nədir?! Olmadı da, indi bəziləriniz deyirsiniz ki, nazir müavini tək maaşa işləməz, elə şey olar, demək istəyirsiniz ki, bizdə korrupsiya var?!

Zarafat bir qırağa, belə təyinatlar ciddi sual yaradır – axı kim və ən əsası, nədən gəliri əvvəlki işindən 8-10 dəfə aşağı maaşlı işə razı olar?!gununsesi.info

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90