Türkiyə 2024-cü ilin 10 aylıq dövründə 54 milyon 629 min 687 turist qəbul edib.
Ulusal.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, turistlərin 47 milyon 306 min 764 nəfəri əcnəbilər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici turistlərin sayı 7,03 faiz artıb.
İlin 10 aylıq dövründə Türkiyəyə ən çox turist göndərən ölkələr siyahısında ötən ilin eyni dövrü ilə müqayisədə 7,05 faiz artım və 6 milyon 249 min 998 nəfərlə Rusiya birinci, Almaniya ikinci yerdədir. İngiltərə 4 milyon 209 min 967 turistlə üçüncü yerdədir. İngiltərədən sonra Türkiyəyə ən çox turist göndərən İran və Bolqarıstandır.