image-2000x150
image-1677155604_1backend

Yunanıstanda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib-FOTO

image-728x90
Beynəlxalq Ana Dili Günü Münasibətilə “QALA” Cəmiyyəti və Azərbaycan Evinin ofisində, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirildi.

Ulusal.az xəbər verir ki, tədbirdə Saloniki şəhərində yaşayan soydaşlarımız və Cəmiyyətin üzvləri iştirak edirdilər. Monitorinq Mərkəzinin rəhbəri professor Sevinc xanım Əliyeva çıxış edərək Azərbaycan dilinin qədimliyi haqqında soydaşlarımıza geniş məlumat verdi və dilin qorunub saxlanmasını və ailədə Azərbaycan dilində danışmaqlarını tövsiyə etdi. “QALA” Cəmiyyəti və Monitorinq Mərkəzi arasında gələcək əməkdaşlıqların perspektivləri müzakirə olundu. Sonda hörmətli alim xanım soydaşlarımıza Xarı Bülbül döş nişanı və Cəmiyyətimizə suvenir hədiyə etdi. Tədbirin yekununda soydaşlarımızla xatirə şəkli çəkildi.

Başda Sevinc xanım olmaqla, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə birgə əməkdaşlıq üçün təşəkkürümüzü bildiririk.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90