image-rt-reklam
image-1backend

Yeni kütləvi qırğın silahları hazırlanıb – Rusiya həyəcan TƏBİLİ ÇALDI

image-728x90

Livanda peycer partlayışları dalğası yeni kütləvi qırğın silahının ortaya çıxmasından xəbər verir.

Bu barədə senator Aleksey Puşkov “Telegram” kanalında yazıb.

“Kütləvi istehlak mexanizmlərinə əsaslanan yeni fərdi kütləvi qırğın silahları hazırlanıb və gözlərimiz önündə istifadə olunur. Viruslardan sonra insanlara qarşı yənəlmiş yeni amansız vasitə”, – deyə Puşkov vurğulayıb.

Senator deyib ki, hazırda insanlar yaşayış yerlərinin deqradasiyası ilə üzləşirlər, çünki onların məhvi üçün yeni vasitələr yaradılır.

Xatırladaq ki, sentyabrın 17-də Livanın müxtəlif bölgələrində peycerlərin partlaması nəticəsində 2,8 minə qədər insan yaralanıb, 12 nəfər həlak olub. Onlarla cihazın eyni vaxtda partlamasına nəyin səbəb olduğu hələlik məlum deyil. “Hizbullah” və Livan səlahiyyətliləri hadisədə İsraili günahlandırıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90