image-rt-reklam
image-1backend

YAP tərəfindən namizədliyi yenidən irəli sürülənlər – Siyahı+Yenilənir

image-728x90

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.

Ulusal.az-ın əldə etdiyi məlumata görə, tam siyahının bu gün ərzində açıqlanacağı gözlənilsə də, artıq bəzi deputatların yenidən YAP-ın siyahısında yer aldığı bəlli olub.

Belə ki, YAP 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən İmamverdi İsmayılovun namizədliyini irəli sürüb.

Bundan başqa, Cavanşir Paşazadənin 76 saylı Lənkəran-Masallı, Məşhur Məmmədovun isə 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyi təklif edilib.

***

Əldə etdiyimiz digər məlumata görə, 6-cı çağırış deputatlardan Tahir Mirkişili, Hicran Hüseynova, Eldar İbrahimov, Ağalar Vəliyevin də namizədliyi irəli sürülüb.

***

VI çağırış parlamentinin deputatı Məlahət İbrahimqızı 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizəd olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90