Qondarma rejimin Xankəndində keçirəcəyi mitinq ləğv edilib. Ulusal.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparaq” məlumat yayıb.
“Mitinqə istənilən qədər dəstəyin olmaması, Araik Aruthunyan komandasını təşvişə salıb. Həmçinin sadə ermənilər idarəçilərdən narazıdırlar. Məhz bu qorxu səbəbindən Ruben Vardanyan mitinqi təxirə salıb. Hakimiyyədə olanlar xalqın qəzəbindən qorxurlar. Çünki özlərini lider adlandıranlar Qarabağa getməkdən qorxur və İrəvanda gizləniblər “- nəşr yazıb





















