image-2000x150
image-xankendi-ermenibackend

Xankəndidə Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərə qarşı təhdid başladı – Bakı hansı addımı atacaq?

image-728x90

Qarabağda Azərbaycana inteqrasiya etmək istəyən ermənilərin sayı artır.

Qondarma rejimin narahatlığı bu faktı aktuallaşdırdı. Separatçıların “başçısı” Araik Arutyunyan bildirir ki, martın 1-də keçirilən görüşdən sonra Bakı onlara inteqrasiyanın alternativi olmadığı mesajını çatdırıb.

“Azərbaycan öz kanalları vasitəsilə bizə çatdırdı ki, ya biz inteqrasiya siyasətini qəbul edirik, ya da problemləriniz həll olunmayacaq, əksinə, daha sərt və kəskin addımlar atılacaq”, – Araik deyib.

O, bunu qəbul etmədiklərini bildirib və ona da işarə vurub ki, “Qarabağda Azərbaycana inteqrasiya etmək istəyənlər var”.

Araikin bu fikirlərindən sonra onun qondarma “müşaviri” David Babayanın dedikləri də Qarabağda erməni əhalisi arasında Azərbaycana inteqrasiya tərəfdarlarının olduğunu təsdiq edir. Babayan belə düşünən ermənləri “üç-beş nəfər” adlandırır və “bu, intihar deməkdir” sözləri ilə onları cəzalandıracaqları mesajını da verir. Halbuki, onların “üç-beş nəfər”dən narahatlığı, sayın yetərincə olduğuna dəlalət edir.

44 günlük müharibədən sonra Qarabağdakı erməni əhalisi arasında Bakıya meyшllilik artırmağa başladı. Hətta Azərbaycan ordusunun postuna yaxınlaşaraq, kömək istəyənlər də var idi.

2021-ci ilin sentyabrında bir qrup erməninin Şuşaya gələrək, azərbaycanlılardan onlara iş verilməsini istədiyi haqda məlumatlar yayılmışdı. Xankəndi sakini İzaura Balasanyan isə üzləşdiyi problemlərdən qurtulmaq üçün 4 uşağı ilə birlikdə Şuşada yaşamaq istəyini dilə gətirmişdi, onun bu istəyinin qarşısı separatçılar tərəfindən alındı.

Laçın yolunda aksiyanın başlanmasından sonra ermənilər arasında belə fikirlər daha da sürətlənib və separatçıların qorxuları da təsdiq edir ki, Babayanın “üç-beş nəfər” dediyi, əslində kifayət qədərdir. Bütün təzyiqlərə baxmayaraq, Xankəndi sakini Toros Kazaryanın Laçın yolunda aksiya iştirakçılarına yaxınlaşaraq, kömək istəyi də bunun əyani nümunəsidir.

Aksiyadan sonra ermənilər anladılar ki, onlar üçün “ya Azərbaycan vətəndaşlığını qəbul edib normal həyatlarını yaşayacaqlar, ya da Azərbaycan torpaqlarını tərk edəcəklər” seçimi ritorika yox, reallıqdır.

– İndiyə qədər “qarant” kimi gördükləri Ermənistan onları daha müdafiə edə bilmir;
– Rusiya sülhməramlıları bölgəyə gəldikləri ilk dövrlə müqayisədə indi Bakının addımları qarşısında duruş gətirə bilmir;
– Separatçı rejimin gələcəyi qaranlıqdır;

Bu mənzərə fonunda separatçıların inteqrasiya istəyən erməniləri təhdid etməsi, belə düşünənlərin sayının təsəvvür ediləndən daha çox olduğunu təsdiq edir. Burada rəsmi Bakının atmalı olduğu addımlar da vacibdir:

Birincisi, erməni əhalisinin separatçıların təhdidi altında olduğu məsələsini beynəlxalq müstəvidə müzakirəyə çıxarmaq;
İkincisi, erməni əhalisinə onların hüquq və təhlükəsizliyinin qorunacağı haqda müraciətlərin sayını artırmaq;
Üçüncüsü, erməni əhalisini separatçı rejimin təhdidindən xilas etmək məqsədilə praktiki addımları hazırlamaq;

Bu addımlar erməni əhalisinə separatçı rejim qarşısında müdafiəsiz olmadığını göstərmək baxımından əhəmiyyətlidir.

Asif Nərimanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90