20 Yanvar – Ümumxalq Hüzn Günündə Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib.
Ulusal.az xəbər verir ki, ziyarət zamanı Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov və əməkdaşları Vətənimizin müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Onlar şəhid məzarlarına tər qərənfillər düzüb, şəhidlərin ruhuna rəhmət diləyiblər.