image-2000x150
image-fb_img_1713551121510backend

Vətən müharibəsi şəhidi Məhəmməd Abdullayevin ad günü qeyd edildi – Fotolar

image-728x90

19 aprel 2024-cü il tarixində Vətən müharibəsi şəhidi Abdullayev Məhəmməd Vaqif oğlunun 25-ci doğum günü Daşkəsən Şəhidlər Xiyabanında qeyd edilib.

Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul işçilərinin, şəhidin valideynləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ehtiramla ziyarət edilib, üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov şəhidin valideynlərinə baş sağlığı verərək, Azərbaycan ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və cəsur oğullarımızın böyük şücaət göstərərək həyatları bahasına torpaqlarımızı işğalçılardan azad etdiyini qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birinin müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və onların problemlərinin vaxtında həllinə nail olunmasının təşkil etdiyini xüsusi vurğulamışdır.
Mərasimdə çıxış edənlər 25 yaşı tamam olan şəhid Məhəmməd Abdullayevin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.
Şəhidin valideynləri şəhid oğullarının ad günündə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sonra ehsan süfrəsi açılmışdır.
Abdullayev Məhəmməd Vaqif oğlu 1999-cu il aprelin 19-da Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olmuşdur. Məhəmməd Abdullayev Vətən müharibəsi zamanı Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 30.09.2020-ci il tarixdə hərbi əməliyyatlar zamanı şəhid olmuşdur. Abdullayev Məhəmməd Vaqif oğlu 06.12.2020-ci il tarixdə Daşkəsən Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra ”Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və ”Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90