image-2000x150
image-1backend

“Vaxtıilə Qarabağa və Xankəndinə qanunsuz səfər edən Fransa dövlət nümayəndələrinin adı “qara siyahı”ya salınsın” – Deputat

image-728x90

Xəbər verdiyimiz kimi Fransa və Ermənistan müdafiə nazirləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Fransa və Ermənistan arasındakı imzalanan hərbi əməkdaşlığın məqsədi regionda vəziyyəti gərginləşdirməyə və sülh müqaviləsinin imzalanmasına maneə olmaqdır:

“Ermə­nistanın müdafiə naziri Suren Pa­pikyanın Fransaya səfəri gözlənilən idi. 30 il ərzində işğala göz yuman və soydaşlarımıza qarşı törədilən soyqırımlara, vəhşiliklərə qarşı səssiz qalan Fransan bu gün ermənilərin müdafiəçisinə çevrilib. 44 günlük Vətən müharibəsinə qədər işğalçıya gizlin dəstək olan Fransa bu gün açıq-aşkar Ermənistanın yanında olduğunu bəyan edir. 30 il ərzində Ermənistan kimi Fransa da mövcud status-kvonun qorunub saxlanılması üçün çalışıb. Hələ də Fransa Azərbaycanın Qarabağ problemini öz gücünə həll edərək, ərazi bütövlüyünü bərpa etməsi ilə barışmaq istəmir. Ona görə də qəbul etdiyi qətnamələr və atdığı addımlarla Azərbaycan-Ermənistan arasındakı münasibəti yenidən gərginləşdirməyə çalışır”.

Deputat vurğulayıb ki, Fransa Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyini davam edərsə bu ölkə ilə münasibətlərimizə yenidən baxmalı olacağıq:

“Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi neytral mövqe tutmalı və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməli və Qarabağın əsil sahibinə geri qaytarılmasını qəbul etməlidir. Təəssüf ki, 30 il ərzində fransız deputatlar və digər dövlət qurumlarının nümayəndələri Qarabağa qanunsuz səfərlər ediblər. Bilirsiniz ki, bir müddət əvvəl də Fransa prezidentliyinə namizəd Valeri Pekresin gizlin və qeyri-qanuni yolla Xankəndi şəhərinə səfər etmişdi. Təklif edirəm ki, vaxtıilə Qarabağa və Xankəndinə qanunsuz səfər edən Fransa dövlətinin nümayəndələrinin adı XİN-in “qara siyahı”sına salınsın”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90