Naxçıvan Muxtar Respublikasından əldə etdiyimiz məlumata görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefasından sonra, Naxçıvan şəhər İcra hakimiyyətinin başçısı Mirsənani Seyidov da istefa ərizəsi yazıb. Ulusal.az-a bu haqda özəl mənbədən məlumat daxil olub.
Məlumata görə, uzun illər Naxçıvan Muxtar Respublikasının Nəqliyyat naziri postunu tutan Mirsənani Seyidov nazirlik ləğv olunduqdan sonra Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Mirsənani Seyidovun vəzifə pillələrində belə uzun qalmasının səbəbi kimi, atası Mirsüleyman Seyidovun Talıbovla uzun illər Naxçıvan Trikotaj Fabrikində birlikdə çalışması olub. Məhz bu səbədən Talıbovun sağ əlinə çevrilə bilən Mirsənani Axundov Naxçıvanda istədiyini edib. Mənbəmiz bildirir ki, Axundov bu gün istefa ərizəsini Ali Məsclisə təqdim edəcək.





















