image-2000x150
image-4backend

Ulu öndərin xatirəsinə

image-728x90

Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir.
Biz Ulu öndərin fəaliyyətinə, Azərbaycan xalqı qarşısında xidmətlərində görürük ki, dediyimiz bu era ayrı-ayrı qatlardan və mərhələlərdən ibarətdir. Bu qatların və mərhələlərin hər biri Azərbaycan xalqının tarixində ayrıca səhifədir. Ən əsası odur ki, bu səhifələr Azərbaycan xalqının və dövlətinin inkişafını özündə ehtiva edən, onu stimullaşdıran səhifələrdir.
Ulu Öndərin xidmətləri sayəsində imperiya rejimi altında xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaradıb, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilib. Bu gün sürətli inkişafı, müstəqil xarici siyasəti ilə dünya birliyinin layiqli üzvünə çevrilmiş demokratik Azərbaycan Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının parlaq nişanəsidir. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən – məhz Ulu öndərin respublikaya rəhbərliyindən sonra başlayıb. Ulu Öndər sərt sovet rejimində Vətən, millət naminə həyatını riskə qoyaraq, hər an “millətçi” damğası almaq təhlükəsindən qorxmadan, çəkinmədən azərbaycançılığın ən parlaq səhifələrini yaradıb.
Heydər Əliyev artıq müstəqillik əldə edildikdən sonra respublikanın XX əsrin 70-80-ci illərinin əvvəllərindəki inkişafını belə dəyərləndirirdi: “1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur…”
1971-1975-ci illər, həqiqətən də, Azərbaycanın sosial-iqtisadi inkişafında dönüş yaratdı. Bu illər çatışmazlıqların aradan qaldırılması, sürəkli geri qalmanın ləğv edilməsi, xalq təsərrüfatının coşqun yüksəlişi dönəmi idi. Respublika rəhbərinin sərrast təbirincə, “Azərbaycanın tarixində görünməmiş yüksək inkişaf sürətinə nail olunmuşdu. Müharibədən sonrakı illərdə ilk dəfə olaraq beşillik plan bütün əsas göstəricilərinə görə vaxtından əvvəl yerinə yetirilmişdi” . Bu illərdə milli gəlir artımı 1,6 dəfə, sənaye məhsulunun artımı isə 2 dəfə səkkizinci beşilliyin müvafiq artımlarını üstələmişdi.

Bu gün tam əminliklə söyləmək olar ki,
Azərbaycanın dövlət suverenliyi və iqtisadi
müstəqilliyi, sistemli şəkildə artan xarici
iqtisadi əlaqələri, dünya iqtisadiyyatına
get-gedə daha dərindən inteqrasiya olunması
hələ 1970-1985-ci illərdə təməli qoyulmuş
xalq təsərrüfatı potensialına əsaslanır
Heydər Əliyev

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Abdullayeva Günay Ceyhun

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90