image-2000x150
image-5backend

Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan əsəri

image-728x90

Ulu Öndərin dərin məntiqli nitqi və natiqlik məharəti onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu Öndərin nitq və çıxışlarında artıq söz və ifadə, qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi.

Dilin zaman-zaman hərtərəfli inkişaf etməsi və zənginləşib dolğunlaşması, tarixi şəxsiyyətlərin, qüdrətli dövlət başçılarının adı ilə də sıx bağlıdır. Bəli, ümummili liderimiz də belə tarixi şəxsiyyətdir.

Natiqlik dünya şöhrətli siyasətçi, böyük cəsarət və siyasi iradə, fenomenal yaddaş sahibi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevə məxsus fitri istedadlardan biri, tarixdə onun dövlətçilik təfəkkürünə yol açan vasitə idi. Bir faktı deyə bilərəm ki, ixtisasca həkim, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru, Tədris Terapevtik Klinikanın şöbə müdiri Nağdəli Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” (Bakı, “Elm və təhsil” 2013. Elmi redaktoru professor Məsud Mahmudov) monoqrafiyasında ulu öndərin bu sahədəki uğurlu, mənalı fəaliyyətindən bəhs olunur.

Uzun illər Heydər Əliyevin nitqlərini canlı surətdə böyük sevgi ilə dinləmiş həkim – müəllif onun haqqında müşahidə, mülahizə və araşdırmalarını oxucu və mütəxəssislərə təqdim edib. Şübhəsiz ki, kitab Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbətlə yazılıb. Elə bununla da onun barəsində yazılan yüzlərlə əsərdən seçilir. Etiraf edək ki, Heydər Əliyevin natiqlik sənəti yetərincə tədqiq olunmayıb. Bu 480 səhifəlik məzmunlu kitab həmin istiqamətdə atılan uğurlu bir addımdır. Kitab canlı müşahidələr və nəzəri mühakimələrin üzərində qurulub.

Ümummilli liderimiz Heydər Əliyev üçün daim diqqət mərkəzində olan prioritet məsələlərdən biri də dövlətimizin atributlarından hesab edilən Azərbaycan dilinin qorunması və nüfuzunun yüksəlməsi idi. Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan dilinin inkişafı və istifadəsinin genişlənməsi üçün əlindən gələni etmişdir. Sovet hakimiyyəti zamanında bir çox mötəbər məclislərdə, dövlət səviyyəli tədbirlərdə doğma ana dilində çıxışlar edərək o həm Azərbaycan dilinin ifadə imkanlarını bütün incəlikləri ilə nümayiş etdirmiş, eyni zamanda ətrafındakılara da “ana dilinizdə danışmaqdan çəkinməyin” mesajını vermişdir.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan dili ilə bağlı bir neçə fərman və sərəncam imzalamışdlr. Bunların arasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanı xüsusən seçilir. Bu fərmanı bir neçə cəhətdən unikal sənəd hesab etmək olar. Akademik N.Cəfərov yazır: “Etiraf etmək lazımdır ki, Azərbaycan dilinin tarixində hələ ona ( Azərbaycan dilinə) bu səviyyədə qiymət verən ikinci bir rəsmi sənəd olmamışdır. Eyni zamanda Azərbaycan dilinin tarixi əsasları barədə heç bir elmi mənbədə bu qədər mükəmməl təsəvvür yaradılmamış, inkişaf problemləri haqqında bu qədər sistemli şəkildə bəhs edilməmişdir.

Fərmanda Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi ideyası əsas götürülərək bununla bərabər dilin mənşəyi probleminə də əsaslı izah verilmişdir. Fərmanda deyilir: “Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdır. Dilimizin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli boyların və soyların dili təşkil etmişdir”.

Dövlətin ali rəsmi sənədində əks olunan bu müddəalar xalqımızın və dilimizin mənşəyini ümumtürk kontekstindən kənarda görənlərə tutarlı cavab rolunu da oynadı.

Ümummilli liderimiz peşəkar natiq olaraq Azərbaycan dilində səlis, aydın danışır, dilin bütün incə çalarlarından məharətlə istifadə edirdi. Heydər Əliyevin Azərbaycan dilində etdiyi çıxışlar bir çox adlı-sanlı dilçilər tərəfindən araşdırılmış, bu nitqlər dilçiliyin müxtəlif istiqamətləri üzrə tədqiq olunmuşdur. Bununla belə Heydər Əliyevin natiqliyi, dilin lüğət ehtiyatından istifadə ustalığı, Azərbaycan xalqının folklor və ədəbiyyat nümunələrindən yerində və tutarlı istifadə bacarığı hələ uzun illər ritorika sənəti üçün örnək təşkil edəcək, bizə nəyi, necə və nə zaman? demək lazım olduğunu öyrədəcəkdir. Çünki ümummilli liderimiz Heydər Əliyevin hər bir çıxışı Azərbaycan dilinin ən ali formada təmsilidir.

 

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Abdullayeva Günay Ceyhun

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90