image-rt-reklam
image-1backend

Ukrayna silahlı qüvvələri Kursk Atom Elektrik Stansiyasına hücum etdi

image-728x90

Ukrayna silahlı qüvvələri Kursk atom elektrik stansiyasına hücum etməyə cəhd edib.

Ulusal.az  “RİA Novosti” yə istinadən xəbər verir ki , bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin sərhədyanı rayonlarda vəziyyətə həsr olunmuş məsləhətləşmələr zamanı deyib.”Düşmən bu gecə AES-i vurmağa cəhd edib”, – prezident deyib.Baş verənlərlə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyi artıq məlumatlandırılıb və o, vəziyyəti qiymətləndirmək üçün öz nümayəndələrini göndərəcəyini vəd edib, dövlət başçısı əlavə edib.MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, Kursk AES-ə baş çəkdikdən sonra Ukraynaya getmək niyyətindədir və Vladimir Zelenski ilə danışmağa ümid edir.Bundan əvvəl MAQATE Qrossinin Kursk AES-ə səfərinin gələn həftəyə planlaşdırıldığını təsdiqləyib. Rusiya Federasiyasının Vyanadakı daimi nümayəndəsinin aydınlaşdırdığı kimi, çox güman ki, səfər gələn həftənin əvvəlində baş tutacaq.Ötən həftə Qrossi və “Rosatom” şirkətinin baş direktoru Aleksey Lixaçev telefonla Kursk və Zaporojya atom elektrik stansiyalarında vəziyyəti müzakirə ediblər. Lixaçev vurğulayıb ki, bu AES ətrafında vəziyyət pisləşməkdə davam edir. O, həmçinin Qrossini yaxın vaxtlarda Kursk AES-ə və Kurçatov şəhərinə getməyə və stansiya ətrafındakı vəziyyəti şəxsən qiymətləndirməyə dəvət edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90