image-rt-reklam
image-img-20241102-wa0003backend

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

image-728x90

Dövlət Bayrağımızın bu illki təntənəsi  xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da növbəti dəfə fərəhlə qeyd edilir.

Hər bir dövlətin, millətin  varlığını təsdiqləyən bayraq  dövlət atributları içərisində seçilir. Türk dünyasında  “tuğ” adlandırılan dövlət bayraqları müqəddəs sayılmış, ucadan uca  hesab edilmişdir. Elə buna görə də  ən əlamətdar günlərdə belə sevincimizin ilk şahidi, müjdəçisi də üçrəngli bayrağımız olur.
Sovetlərin tərkibində olarkən   məcburən üçrəngli bayrağımız “oraq çəkicli” bayraqla əvəz olunsa da   həqiqət zamanla səsləşən  ədaləti ilə    hökmünü verdi. Sovet ideologiyasından  azad olduqdan sonra müstəqilliyini əldə edən   Azərbaycan xalqı  yenidən üçrəngli bayrağına sahibliyini də qazandı.
1990-cı il  noyabrın 17-də Ulu Öndər  Heydər Əliyevin sədrliyi ilə  keçirilən Naxçıvan MSSR Ali  Sovetinin  sessiyasında Azərbaycan Xalq Gümhuriyyətinin dövlət rəmzləri – bayrağı, gerbi, himni bərpa olundu. Azərbaycançılıq məfkurəsinin formalaşmasına nail olan Ulu Öndər sonrakı illərdə verdiyi sərəncamlarla  milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına da  geniş imkan yaratdı.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə  imzaladığı   Sərəncamla  Dövlət Bayrağı Günü təsis olundu. Beləliklə hər il həmin tarix ümumxalq bayramı kimi qeyd  edilir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq bildirib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır”.
Sevindirici və fərəhverici haldır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalibiyyətlə başa çata 44 günlük Vətən müharibəsi işğal altındakı torpaqlarımızın azad edlməsi ilə nəticələndi. Artıq indi üç rəngli bayrağımız doğma Qarabağımızda – Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda, Laçında dalğalanır. Keçən il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Bu xalqımıza fərəh və sevinc yaşatdı.

Eşq olsun, Azərbaycan bayrağına!

Cavid Fərhadov – ehtiyatda olan polkovnil-leytenant, Qarabağ qazisi,

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90