image-rt-reklam
image-1backend

Türkiyənin 18 bölgəsində FETÖ əməliyyatı: 45 nəfər tutuldu – FOTO

image-728x90

Türkiyənin 18 vilayətində FETÖ-yə qarşı 4 gündür davam edən “Kıskaç-17” əməliyyatlarında 45 şübhəli şəxs tutulub.

Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Əməliyyatlar Adana, Adıyaman, Ardahan, Erzurum, Eskişehir, Denizli, Qaziantep, Isparta, Kahramanmaraş, Kayseri, Konya, Kütahya, Manisa, Mersin, Sakarya, Samsun, Trabzon və Yalovada həyata keçirilib.

Əməliyyatlar nəticəsində çoxlu sayda rəqəmsal material və sənəd ələ keçirilib.

Nazir 1 iyun 2023-cü ildən 15 may 2024-cü il tarixinə qədər davam edən 11 ay ərzində FETÖ-yə qarşı 5 min 191 əməliyyat keçirildiyini, 8 min 153 şübhəlinin tutulduğunu, tutulanlardan 1518-inin həbs olunduğunu bildirib./BAKU.WS

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90